8 Martda həm xanımlarımızı sevindirək, həm də ...

Lotereya oyunlarında iri uduşlara sahib olan çoxsaylı qaliblərin sayı, cari ildə də artmaqda davam edir. İlin keçən iki ayı ərzində neçə-neçə oyun iştirakçısı uduş sevincini yaşamışdır. Yeri gəlmişkən, şəffaflığa xüsusi önəm verən "Azərlotereya" ASC bütün qaliblər haqqında, mətbuat vasitəsi ilə geniş məlumat yayıb. Lakin onların sayı durmadan artmaqdadır. Tovuz şəhər sakini Sultanov Tahir Tofiq oğlu "Binqo" lotereyasının 06-cı tirajının qalibidir. 10 002 manat udub. Bu məbləğ, özünün dediyi kimi, ailədə son dərəcə yetişmiş bir sıra problemlərin həlli üçün lap göydəndüşmə oldu. Bakı şəhər sakini İsmayılov Elnur Arif oğlu "Ailə Sevinci" lotereyasının 7-ci tirajında 5000 manat udmuşdur. 30 yaşlı Elnur evlidir, bir qızı var.
Çox istəyirmiş ki maşını olsun. Kreditə alıb, problemləri olub və satıb. Amma qismətində avtomobil varmış və budur, 5000 manat uduş və o, artıq münasib avtomobil seçib. Digər qalibin "Ailə sevinci" lotereyasının 06-cı tirajında 5000 manata sahib olan Tağıyev Vüqar Çingiz oğlunun həyatında isə bu uduş ilk uduş deyil. Tovuz şəhərində yaşayan Vüqar bir neçə ay qabaq da 5000 manat pul udub və o vaxt bu uduş xeyir işə qismət olub. Başqa sözlə, evlənmək Vüqar üçün düşərli olub. Cəmisi üç ay öncə, toyu ərəfəsində və fevral ayında hər biri 5000 manat olmaqla iki uduş. Bu nə xəyal, nə də möcüzə deyil, "Azərlotereya" ASC-nin həyata keçirdiyi "Ailə sevinci" lotereyasının gənc ailəyə bəxş etdiyi real sevincdir.
Nissan "Sunny" avtomobili udmuş Bakı şəhər sakini Əliyev Rauf Böyükağa oğlunu, 5 000 manat udmuş Şirvan şəhər sakini Əliyev Mahmud Məmməd oğlunu, 3020 manat udmuş Lerik sakini Rüstəmov Cavid Elxan oğlunu, 3 000 manat udmuş Ordubad sakini Məmmədov Vüqar Hüseyn oğlunu, 2 004 manat udmuş Bakı sakini Şühralıyev Ərşad Yusub oğlunu təbrik edir, onlara yeni-yeni uduşlar arzu edirik.
Soyuq fevral öz yerini bahar nəfəsli marta verməkdədir və "Azərlotereya"nın kollektivi məhz mart ayı üçün yeni maraqlı layihələri lotereya həvəskarlarının ixtiyarına verib. Artıq, "BİNQO+8" və "Bahar sevincləri" lotereya biletləri satışdadır. "Bahar sevincləri" layihəsi haqqında növbəti saylarımızda ətraflı məlumat verəcəyik. O ki qaldı "BİNQO+8" lotereya oyununa, tiraja cəmisi bir həftə qalıb. Tiraj mart ayının 7-də saat 19.10-da keçiriləcək və AzTV-də canlı yayımlanacaq. Oyun 8 mart bayramında "Azərlotereya"dan qadınlara hədiyyə olmaqla bərabər, hər birimizdən xanımlarımıza gözəl hədiyyə olacaq. Xüsusi olaraq qeyd etmək lazımdır ki, lotereya biletləri nəfis "açıqca" şəklində istehsal olunub və xanımlarımıza hədiyyə alarkən, ayrıca açıqcaya ehtiyac olmayacaq. Oyunun şərtləri çox sadədir.
Əsas oyun başlamamış, lotereya biletinin 6 rəqəmli nömrəsi ilə 100% uduşlu KİA "OPTİMA" avtomobili oynanılır.
Əsas oyun 5 turdan ibarətdir. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri - ən tez dolmuş bilet Nissan "Sunny" avtomobili, ayrı ayrılıqda ikinci, üçüncü, dördüncü və beşinci turlarda lotereya biletinin hər hansı iki, üç, dörd və beş üfüqi sırası ən tez dolmuş biletlərin sahibləri VAZ 2107 avtomobillərini udurlar.
Əsas oyun başa çatdıqdan sonra, iki dəfə eyni qayda ilə, lotereya biletinin 6 rəqəmli nömrəsi ilə 2 ədəd 100% uduşlu KİA "RİO" avtomobili oynanılır.
Xanımlarımızın bayramı ərəfəsində, oyun iştirakçıları KİA "OPTİMA", 2 ədəd KİA "RİO", NİSSAN "SUNNY" və 4 ədəd VAZ-2107 olmaqla 8 ədəd avtomobilə, çoxlu pul uduşlarına sahib olmaq imkanı qazanırlar. Bir sözlə "BİNQO+8" həm gözəl "açıqca", həm də Sizi 8 avtomobil və çoxsaylı pul uduşlarına sahib edə biləcək unikal lotereyadır. Gəlin həm xanımlarımızı sevindirək, həm də gözəl uduşlara sahib olaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında