Zaqatalada Novruz şənliyi

Zaqatala rayonunda xalqımızın tarixi qədər qədim, müqəddəs və əziz el bayramı-“Novruz” bayramı münasibəti ilə Novruz şənliyi təşkil olunmuşdur.

Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

“Novruz” şənliyinin əvvəlində bahar qızı, kosa və keçəl faytonla zurna nağaranın musiqi sədaları altında rayonun girəcəyindən şənliyin keçirildiyi Zaqatala qalasına doğru hərəkət etmişlər. Yolboyu zaqatalalıları salamlayan bahar qızı yurdumuza yazın gəlişi münasibəti ilə onları təbrik etmiş, hamını el şənliyinə səsləmişdir.

Zaqatalalıların bu tarixi məkanında – Zaqatala qalasında keçirilən el şənliyində bayram tonqalı qalanmış, rəsm əsərləri, sənətkarlıq nümunələrinin sərgisi təşkil olunmuş, qədim adət-ənənələrimiz nümayiş etdirilmiş, at yarışları tədbirin rəngarəngliyini daha da artırmışdır. Bayram tədbirlərində incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin, kəndirbazların və pəhləvanlarının çıxışları, eləcə də ayrı-ayrı kəndlərimizin milli adət-ənənələri, mətbəxləri nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə minilliklər boyu formalaşan adət-ənənələrimizi qoruyaraq milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan “Novruz” bayramının ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunduğunu xüsusi vurğulamış, Novruz bayramının YUNESKO-nun dünya xalqlarının mədəni irsi siyahısına daxil edilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tarixi xidmətlərini qeyd etmişdir. Daha sonra rayon rəhbəri bu əziz el bayramı münasibəti ilə bütün zaqatalalıları təbrik etmiş, hər kəsə can sağlığı, xoş arzular bildirmişdir.

Bir neçə saat davam edən el şənliyi hər kəsin ruhunu oxşamış, bayram ovqatını artırmışdır.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında