Mart ayı üzrə sosial müavinətlər və təqaüdlər maliyyələşdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin mart ayının 1-dən edilmiş artımlarla birgə tam maliyyələşdirilməsi təmin olunub. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

 O, bildirib ki, mart ayı üzrə yaşa görə, ümumi xəstəliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar təyin olunan aylıq sosial müavinətlərin məbləği artırılıb. Habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də qəzanın ləğvi ilə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləğində artımlar edilib. Eyni zamanda, müharibə əlilləri və şəhid ailələrinə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, birinci qrup əlillərə, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə, 20 Yanvar əlillərinə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə, habelə fərdi və fəxri adlara görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdlərinin məbləği artırılıb: “Ümumilikdə, aylıq və birdəfəlik sosial müavinət alan, eləcə də Azərbaycan Respublikası Prezidentinin  təqaüdləri təyin olunan 400 mindən cox vətəndaşa mart ayının müavinət və təqaüdlərinin maliyyələşdirilməsi 2018-ci il martın 1-dən nəzərdə tutulan artımlarla birgə həyata keçirilib”.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında