Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 15 ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 ədəd mənzil Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillərdən 9 ədədi şəhid ailələrinin, 6 ədədi isə Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

 Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin sosial müdafiə sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına  dövlət qayğısının artırılması, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini bildirib. Nazir müavini eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası sahəsində görülən işləri diqqətə çatdırıb.

Hazırda Qarabağ müharibəsi əlilləri əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər. Şəhid ailələrinə də Prezidentin aylıq təqaüdü, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinət, həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinət ödənilir. Cari ilin ötən dövründə Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamlarla qeyd edilən sosial ödənişlərin – pensiya və sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin də növbəti dəfə artırılması təmin edilib. 

Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıq hisslərini ifadə ediblər. Onlar pensiya və müavinətlərinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin artırılmasına, eyni zamanda, əziz bayramımız olan Novruz bayramı ərəfəsində yeni mənzillərlə təmin olunduqlarına görə dövlətə minnətdarlıq ifadə ediblər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında