Gəncədə Novruz şənliyi şəhərin müxtəlif yerlərində təşkil olunmuşdu…

Gəncədə sakinlər Novruz bayramını  Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri ilə birgə qeyd etmişlər.

Tədbir Nizami yurdunun girişindən - Qala Qapısından başlamış, Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra «Göygöl» Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olmuş və sonra Gəncəçay park-bulvar kompleksində davam etdirilmişdir. Burada “Novruz-2018” adlı fləşmob keçirilmiş, Gəncə filarmoniyasının, kukla teatrının, Gəncə Dövlət Dram teatrının, digər kollektivlərin çıxışları olmuş, kitab, xalça, rəsm əsərlərinin, şərabların sərgisi, müxtəlif kulinariya növlərinin nümayişi, idmançıların çıxışları təşkil edilmişdir. Rəmzi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan obrazları gəncəliləri “Novruz bayramı” münasibəti ilə təbrik etmişdir.

Şənlik iştirakçıları Cavadxan küçəsində davam edən tədbirdə xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa etmişlər. Rəqs kollektivlərinin rəngarəng çıxışları, peşəkar musiqiçilərin ən qədim musiqi alətlərində ifaları şənlik iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilərə baxış olmuşdur. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülmüşdür.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz bayramı münasibətilə gəncəliləri təbrik edərək onlara cansağlığı, ailə səadəti arzulamışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən inamla davam etdirilən siyasət nəticəsində ölkəmizin günbəgün inkişaf etdiyindən danışan icra hakimiyyətinin başçısı şəhərin sakinlərinə və bütün Azərbaycan xalqına əmin-amanlıq, səadət, ruzi-bərəkət arzulamışdır. O, 2017-ci ildə Nizami yurdunda baş verən yeniliklərdən danışaraq qeyd etmişdir ki, bütün bunlar cari ildə də davam edəcəkdir.

El şənliyində Elmar Vəliyev tərəfindən tonqal alovlandırılmış və şəhərin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilmişdir. Sonda respublikanın tanınmış Xalq və Əməkdar artistlərinin ifasında bayram konserti olmuşdur.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bğlgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında