Qeyri-neft sektoruna yönəldilən investisiyanın həcmi 30 faiz artıb

Cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 1 milyard 824,7 milyon manat vəsaitin 816,2 milyon manatı və ya 44,7 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 29,8 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumatda daha sonra bildirilir ki, ümumi sərmayənin 74,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 79,3 faizi məhsul istehsalı, 14,8 faizi xidmət sahələri obyektlərinin, 5,9 faizi isə ümumi sahəsi 242,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 50,8 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 68,1, bank kreditləri 10,9, büdcə vəsaitləri 15, əhalinin şəxsi vəsaitləri 5,4, büdcədənkənar fondların vəsaitləri 0,5, sair vəsaitlər 0,1 faiz olmuşdur.

İki ayda Bakıda “Yasamal-1”, “Qobu” və 120 saylı elektrik yarımstansiyaları, Mingəçevirdəki sənaye parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi, Naxçıvan Muxtar Respublikasında 442 şagirdlik 2 ümumtəhsil məktəb binası, ambulatoriya-poliklinika və s. obyektlər istifadəyə verilmişdir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında