Xarici ticarətdə 854 milyon dollarlıq müsbət saldo var

Bu ilin yanvar ayında Azərbaycan dünyanın 121 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 67 ölkəyə məhsul ixrac, 115 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyat aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar ayında xarici ticarət dövriyyəsi 2 milyard 231,6 milyon, o cümlədən ixracın dəyəri 1 milyard 543 milyon, idxalın dəyəri 688,6 milyon dollar təşkil etmiş və nəticədə 854,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3 faiz artmış, real ifadədə isə 1,9 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixracın 27 faizini İtaliyaya, 13,1 faizini İsrailə, 8 faizini Avstriyaya, 7,9 faizini Çexiyaya, 6,7 faizini ABŞ-a, 6,5 faizini Kanadaya, 6,4 faizini İndoneziyaya, 4,5 faizini Almaniyaya, 3,8 faizini Gürcüstana, 3,7 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Türkiyəyə, 1,7 faizini İsveçrəyə,  3,7 faizini digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizdə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 12,9 faizi Türkiyə, 9,5 faizi Çin, 8,1 faizi Belarus, 7,3 faizi Almaniya, 4,1 faizi Ukrayna, 3,9 faizi ABŞ, 3,3 faizi İran, 2,9 faizi Türkmənistan, 2,6 faizi İtaliya, 2,4 faizi Koreya, hər biri 2,3 faiz olmaqla İsveçrə və Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, 17,9 faizi digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Bu ilin ilk ayında 122,8 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 36,1 faiz, real ifadədə 34,7 faiz çoxdur.

Yanvar ayında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 59, təzə tərəvəz 25,9, tütün 8,4, meyvə və tərəvəz şirələri 33,4, meyvə və tərəvəz konservləri 5,3, marqarin, qida üçün yararlı digər qarışıqlar 87,4, polietilen 30,4, pambıq ipliyi 52,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu  2,2 dəfə artmış, şəkər ixracı 61,5, bitki yağları 58,2,  çay 29,5, pambıq lifi 3,4, emal olunmamış alüminium 25,1, qara metallardan borular 8, bentonit gili 30,2 faiz azalmışdır. 2017-ci ilin yanvar ayı ilə müqayisədə 2018-ci ilin yanvar ayında buğda idxalı 2,1 dəfə, təzə meyvə 34,8 faiz, bitki yağları 5,1 dəfə, çay 49,8 faiz, mal əti 24,9 faiz, quş əti və onun əlavə məhsulları 3,3 dəfə, qara metallardan borular 2,7 dəfə, polad prokatı 14,2, minik avtomobilləri 2,2 dəfə, mineral gübrələr 41,4 faiz, rezin şinlər 79,8 faiz, qara metallardan çubuqlar 64,8 faiz, polietilen 4,4 dəfə, hesablama maşınları, blok və qurğuları 3 dəfə, qara metallardan künclüklər 92,8 faiz, paltaryuyan maşınlar 17,3 faiz, sement və sement klinkerləri 2 dəfə, yük avtomobilləri 78 faiz, məişət soyuducuları 52,9, avtobuslar 33,3 faiz artmış, xam şəkər və şəkər idxalı 57,3 faiz, siqaret 0,8  faiz, kərə yağı, digər süd yağları və pastaları 34 faiz, kartof 24,9 faiz, təzə tərəvəz 43,5 faiz, mebel 0,7 faiz, məişət kondisionerləri 8,2 faiz azalmışdır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında