Samuxda Novruz şənliyi

Samux Novruz bayramına yaxşı hazırlaşmışdı. Şəhər mərkəzi, kənd və qəsəbələr bayramsayağı bəzədilmiş, yarmarkalar təşkil olunmuş, yazın gəlişi ilə əlaqədar iməciliklər keçirilmiş, çoxlu ağac və gül kolları əkilmişdir.

Əsas tədbir Heydər Əliyevin adını daşıyan parkda keçirilmişdir. Burada mahnı və rəqs kollektivlərinin, məktəbəqədər təhsil müəssisələrinin körpə uşaqları, orta məktəblərin şagirdləri rəngarəng çıxışlarla sakinlərdə xoş əhval-ruhiyyə yaratmışlar. Ayrı-ayrı kollektivlərin əl işlərindən ibarət sərgilər, idmançıların çıxışları və digər proqramlar parka toplaşan yüzlərlə sakin tərəfindən maraqla qarşılanmışdır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tədbirdə iştirak edən hər bir kollektivin təşkil etdiyi guşəyə yaxınlaşmış, onlara bayram təbriklərini çatdırmışdır.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında