Azərbaycan nümayəndə heyətinin üzvləri AŞ Nazirlər Komitəsinin sədrinə sualla müraciət etmişlər

AŞPA-nın yaz sessiyasında Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri, İsveçrənin Xarici İşlər Departamentinin rəhbəri xanım Mişlin Kalmi-Rey başçılıq etdiyi qurumun sessiyalararası fəaliyyəti barədə məlumat vermişdir. Sonda nazir deputatların ona ünvanladığı yazılı və şifahi sualları cavablandırmışdır.
Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli nazirə aşağıdakı sualla müraciət etmişdir: "Beş il əvvəl Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə dair 1416 saylı qətnaməni qəbul etmişdir. Bu, münaqişəyə dair BMT-nin qəbul etdiyi və erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərindən onların qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin yerinə yetirilməsinə bir çağrış idi. Nəyə görə AŞ qətnaməsinin yerinə yetirilməsi istiqamətində öz qətiyyətini və ardıcıllığını göstərmir? AŞ-ın bu sahədəki fəaliyyətini və səmərəliliyini necə qaldırmaq olar?".
Nazirlər Komitəsinin sədri bu suala cavabında bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Azərbaycan və Ermənistanın AŞ-a üzv olarkən üzərlərinə götürdükləri öhdəliklərin əsas tərkib hissələrindən biridir. Bu baxımdan, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə əldə olunan irəliləyişlər AŞ və xüsusilə, Nazirlər Komitəsi tərəfindən diqqətlə izlənilir. Minsk qrupunun fəaliyyətinə paralel olan təşəbbüslərdən uzaq olmaq lazımdır. AŞ bu məsələdə tərəflər arasında qarşılıqlı etimadın yaranmasına çalışır, eyni zamanda razılığın əldə edilməsi üçün əlverişli mühitin əldə olunmasına öz töhfəsini verməyə səy göstərir. Buna misal olaraq AŞ-da hər il keçirilən "Yay demokratiya məktəbləri" çərçivəsində Bakı və Yerevan siyasi məktəbləri arasında görüşlər keçirilir. Bu da öz növbəsində iki ölkə arasında aparılan siyasi dialoqun güclənməsinə kömək edir.
Digər deputatımız Qənirə Paşayeva isə aşağıdakı sualı vermişdir: "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün 15 ildən artıqdır ki, öz doğma torpaqlarından didərgin düşmüşdür. Onlar öz yurdlarına qayıtmaq üçün beynəlxlaq təşkilatlardan dəstək gözləyirlər. Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Nazirlər Komitəsi bu istiqamətdə nə kimi addımlar ata və onlara hansı formatda kömək göstərə bilər"?.
Nazirlər Komitəsinin sədri sualla əlaqədar bildirmişdir ki, qaçqın və məcburi köçkünlərin probleminin həll olunması məsələsi ilk növbədə, Ermənistan-Azərbaycan, Dalıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır. Hazırda ATƏT-in Minsk qrupu münaqişənin həllinə səy göstərir. AŞ onun sülh yolu ilə həll olunmasını gözləyir və buna böyük ümid bəsləyir. Qaçqın və məcburi köçkün probleminin həll olunmasına vaxt lazımdır. Məsələnin həllini ümumilikdə münaqişənin nizamlanması kontekstinə daxil etmək olar.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında