YAP nümayəndə heyəti Koreya Respublikasında səfərdədir

Aprelin 27-də Koreya Respublikasının (KR) Böyük Millət Partiyası "Hannara"nın dəvəti ilə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə gəlmişdir.
Səfərin ilk günü KR-nin Baş naziri Cunq Un-Cunq YAP-ın nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında mövcud əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, enerji, təbii ehtiyatlar, informasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Əli Əhmədov Azərbaycanda əlverişli investisiya imkanlarına toxunaraq, bunun xarici, o cümlədən Koreya Respublikasının biznes dairələri üçün də maraqlı olduğunu vurğulamış, bu ölkənin iş adamlarının Azərbaycanda xüsusi maraq və rəğbətlə qarşılandığını qeyd etmişdir.
Baş nazir dünyanı bürüyən maliyyə böhranı dövründə Azərbaycanda iqtisadi artımın müşahidə olunduğunu yüksək qiymətləndirmiş və bu istiqamətdə ölkəmizə yeni uğurlar arzulamışdır.
Əli Əhmədov Azərbaycanda iqtisadi sahədə yüksəlişin ölkə rəhbərliyinin və Azərbaycan xalqının əzmkarlığı hesabına əldə olunduğunu vurğulamışdır.
Görüşdə Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə maraqlanmışdır.
YAP sədrinin müavini Əli Əhmədov münaqişə və onun həlli istiqamətində aparılan danışıqlar haqqında geniş məlumat vermiş və problemin uzanmasının yalnız iki tərəfin deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına, o cümlədən regional layihələrin həyata keçirilməsinə mane olduğunu bildirmişdir.
Sonda regional və qlobal təhlükəsizliyin təmin edilməsində beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirməkdə qətiyyətli olmasının zəruriliyi vurğulanmışdır.
YAP nümayəndə heyətinin səfər müddətində Böyük Millət Partiyası "Hannara"nın rəhbərliyi və KR-nin Milli Assambleyasının sədri, KR prezidentinin siyasi məsələlər üzrə baş müşaviri ilə və digər yüksək səviyyəli görüşləri nəzərdə tutulur. Bundan başqa səfər müddətində iqtidar partiyaları arasında qarşılıqlı Anlaşma Memorandumunun imzalanması da planlaşdırılır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında