Avropa Şurasında Ermənistanı ifşa edən yeni sənəd yayılmışdır

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının gündəliyinə bilavasitə Azərbaycanla bağlı məsələ daxil edilməsə də, nümayəndə heyətimiz həmişə olduğu kimi, yenə də fəallıq nümayiş etdirməkdədir.
Parlament Assambleyasının deputatları arasında Rafael Hüseynov son 10 ildə hazırladığı aktual sənədlərin miqdarına görə hamıdan irəlidədir. Elə bu sessiyada da R.Hüseynov bir neçə sənəd təqdim etmişdir. Onlardan biri artıq avropalı deputatlar tərəfindən dəstəklənərək imzalanmışdır. Həmin sənəd "Ermənistanın monoetnik dövlətə çevrilmək xətti və bu ölkədə tükənməkdə olan son milli azlıqlara qarşı aparılan amansız diskriminasiya siyasəti" adlanır.
Sənəddə konkret faktlar əsasında Parlament Assambleyası üzvlərində Ermənistanın milli azlıqlara qarşı yürütdüyü qəddar təqib siyasəti barədə dolğun təsəvvür yaratmağa nail olmuş azərbaycanlı deputat, problemin dərindən araşdırılması məqsədi ilə ayrıca məruzəçinin təyin edilməsi təklifini irəli sürür.
Bir sıra ölkələri təmsil edən 20-dən artıq nüfuzlu AŞPA üzvünün həmfikir çıxaraq imzaladığı bu tövsiyə üçün təklif artıq ciddi müzakirələrə səbəb olmuşdur.
Sənəddə deyilir: "Ermənistanın Avropa Şurasına üzv olduğu 10 il ərzində islah etmədiyi, əksinə, daha da dərinləşdirdiyi əsas antidemokratik qüsurlarından biri bu dövlətin milli azlıqlara qarşı apardığı açıq təqib siyasətidir. Elementar insan haqlarına və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, getdikcə sərtləşərək rasizm həddinə yetişən bu xətt ölkəni monoetnik dövlətə çevirmək məqsədi daşıyır. Son bir neçə il ərzində sayı nisbətən çox olan bütün milli azlıqların hamısı - yunanlar, polyaklar, assurilər, malakanlar, ukraynalılar, yəhudilər, belaruslar, almanlar və s. tədricən ölkədən kənarlaşdırılmışlar. Hazırda Ermənistanda qalan 42 min nəfərdən artıq kürd ciddi təhlükə qarşısındadır. Bu yaxınlarda Yerevanda 4 nəfər kürdün ermənilər tərəfindən başının kəsilərək vəhşiliklə qətlə yetirilməsi bu etnik azlığa qarşı Ermənistanda aparılan pressinq və mübarizənin onlarda total vahimə yaratmaq həddinə çatdığını göstərməkdədir.
Kürdüstan Yezidiləri Federasiyası dünya informasiya agentliklərinə bəyanat yayaraq, bu qanlı qətllərin siyasi motivlərlə baş verdiyini, kürdlərə qarşı Ermənistan dövlətinin apardığı sıxışdırma siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. Ermənistan hüquq mühafizə orqanlarının ayrı-ayrı kürdləri işgəncələrə məruz qoyması haqda dəhşətli faktlar, onların milli özünüifadəsi qarşısında yaradılan maneələr ölkədəki bu son milli azlığı xilas etmək üçün qəti tədbirlər görülməsini zəruriləşdirir. 2010-cu il aprelin 20-də qorxudan Ermənistanda səsini çıxara bilməyən yüzlərlə kürdün Gürcüstan paytaxtındakı Ermənistan səfirliyi qarşısında onlara qarşı rəsmi Yerevanın apardığı təqib və məhvetmə siyasəti əleyhinə etiraz mitinqi keçirməsi vəziyyətin hansı kəskin böhran həddinə çatmasının əyani ifadəsidir.
Bunları nəzərə alaraq, Assambleya Ermənistanda milli azlıqlarla əlaqədar vəziyyəti araşdırmaq üçün xüsusi məruzəçinin təyin edilməsini məqsədəuyğun hesab edir;
Assambleya problemi müvafiq komitələrdə müzakirə edilərək təxirəsalınmaz tədbirlər görülməsi üçün tövsiyələr hazırlanmasının gərəkliyini vurğulayır".
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı bu sənəd ingilis və fransız dillərində tirajlanmışdır və yaxın zamanlarda Parlament Assambleyasının bürosunda müvafiq addımların atılması məqsədi ilə müzakirə ediləcəkdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında