Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Fevralın 21-də Avropa İttifaqının və quruma üzv dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik missiyalarının səfir və nümayəndələrindən ibarət heyət Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Roland Kobianın başçılıq etdiyi nümayəndə heyətinə Almaniyanın, Fransanın, İtaliyanın, Avstriyanın, Niderlandın, Latviyanın, Litvanın, Çexiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Belçikanın və Bolqarıstanın Azərbaycandakı səfirliklərinin müvəqqəti işlər vəkilləri daxildir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin sədri Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə, qəbul olunmuş tərəfdaşlıq proqramlarında ölkəmizin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da iştirak etdiyini bildirərək demişdir: Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. 2009-cu ildən bəri isə ölkəmizdə Avropa İttifaqının Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanı əhatə edən Şərq Tərəfdaşlığı Proqramı həyata keçirilməkdədir. Bu proqramlarda, eləcə də Avropa İttifaqının təhsil, bərpa olunan enerji, ətraf mühit, ekologiya, suların idarə olunması proqramlarında muxtar respublika fəal iştirak edir. Həmin proqramlara uyğun olaraq, artıq bir çox layihələr həyata keçirilir. Naxçıvan Muxtar Respublikası ilə Avstriya Respublikasının Ştiriya Federal Əyaləti arasında imzalanmış müqaviləyə əsasən qarşılıqlı əməkdaşlıq mövcuddur. Roland Kobianın ötən ilin iyununda muxtar respublikaya səfəri zamanı belə bir razılaşma əldə olundu ki, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərini Naxçıvana dəvət edək. Belə bir nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı ciddi tərəfdaşlığın nəticəsidir.
V.Talıbov bu səfəri reallaşdırdıqlarına görə nümayəndə heyətinə təşəkkür etmiş, səfərin səmərəli, gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün faydalı olacağına əminliyini bildirmişdir.
Roland Kobia geniş tərkibdə nümayəndə heyətinin muxtar respublikaya səfərinin ittifaqa üzv dövlətlərin Azərbaycan, o cümlədən Naxçıvanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunun göstəricisi kimi dəyərləndirmiş, bunun Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq imkanlarının perspektivlərini müəyyən etməkdən ibarət olduğunu vurğulamış, səmimi görüşə görə nümayəndə heyəti adından minnətdarlığını bildirmişdir.
Nümayəndə heyəti ikigünlük səfər çərçivəsində muxtar respublikanın görməli yerləri, tarixi abidələri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında