Davamlı sabitlik bütün sahələr üzrə inkişafa zəmin yaradır

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev ölkəmizin son on dörd il ərzində qazandığı uğurlardan, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, qarşıya qoyulan vəzifələrin uğurlu icrasından geniş söhbət açmışdır. Dövlətimizin başçısı, eyni zamanda, bildirmişdir ki, qazanılan nailiyyətlərdə digər amillərlə bərabər, davamlı ictimai-siyasi sabitliyin böyük rolu olmuşdur. Bu gün böyük şirkətlər, inkişaf etmiş dövlətlər, əsasən, sabitliyi davamlı olan ölkələrlə əməkdaşlıq edir və sərmayəni də həmin ölkələrə yatırırlar. Azərbaycan məhz belə ölkələrdəndir.

Hazırda dünya ictimaiyyətinə də məlumdur ki, bu gün Azərbaycan siyasi-iqtisadi sahələrdə dialoqların keçirildiyi, formalaşdığı ölkələrdən birinə çevrilib. Ölkəmiz artıq çox mötəbər beynəlxalq forumların keçirilməsi üçün əlverişli məkan kimi dəyərləndirilir. Son illər respublikamız siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlar əldə etmiş, postsovet respublikaları ilə müqayisədə yüksək nailiyyətlərə imza atmışdır.

Dövlətimizin başçısı nitqində bu məsələni xüsusi vurğulayaraq demişdir ki, son 14 il ərzində Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atmışdır. Bildirmişdir ki, Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir və bu gün də qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycanın qabaqcıl yerlərdə olduğunu diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizdə təhlükəsizliyin, sabitliyin təmin edildiyini vurğulamışdır. Möhtərəm Prezidentimiz demişdir ki, sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.

Artıq dünya təcrübəsi də təsdiqləyir ki, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur. Azərbaycanda hazırda təhlükəsizlik, əmin-amanlıq, sabitlik hökm sürür. Beynəlxalq ekspertlər də etiraf edirlər ki, bu gün inkişaf parametrlərinə, ictimai-siyasi sabitliyin davamlılığına və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.

Azərbaycanda davamlı sabitliyin yaradılması, xalq-iqtidar birliyinin vəhdəti sürətli iqtisadi inkişaf yoluna geniş imkanlar yaratdı, regionlar sürətlə inkişaf etdi, qeyri-neft sektorunda əsaslı canlanma yarandı, ölkəmiz qarşısında geniş perspektivlər açıldı və əməkdaşlıq getdikcə genişləndi. İnkişaf etmiş dövlətlərin Azərbaycanla sıx əlaqələr yaratması istiqamətində maraqlar daha da çoxaldı. Çünki ötən illərdə dünyanı maliyyə və iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycanda əhalinin həyat səviyyəsi yüksəldi, yoxsulluğun səviyyəsi aşağı düşdü, yeni müəssisələr yaradıldı, iş yerləri açıldı və ölkəmiz regionda lider dövlətə çevrildi.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin layiqli icrası Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə də təkan verdi. Həm də Azərbaycanı inkişaf etdirməklə yanaşı, ölkəmizi dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevirdi. Bütün bunlar cənab Prezident İlham Əliyevin düşünülmüş siyasi kursunun məntiqi nəticəsidir. Bunu dünyanın tanınmış diplomatik xadimləri də təsdiqləyirlər.

Bir faktı diqqətə çatdırmaq yerinə düşərdi. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş 23-cü Krans Montana Forumunda iştirak edən qurumun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron demişdir:"Azərbaycan çox qısa bir müddətdə dünyanın gələcəyini təşkil edən ölkələrin sırasına daxil olmuşdur. Bu gün cənub ölkələrinin geniş potensialı vardır. Onlar artıq çox güclüdürlər. Məncə, bu gün cənub ölkələri elə bir əməkdaşlıq qura bilərlər ki, bu, onlara layiqincə inkişaf etməyə imkan verər. Burada xüsusilə Azərbaycanın rolunun böyük olduğunu qeyd etmək istərdim. Biz bunun Prezident
İlham Əliyevin simasında təsdiqini gördük. Azərbaycan Prezidenti çox səriştəli rəhbərdir. Mənim dediklərim kompliment deyil, bu, həqiqətdir. Prezident
İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafı naminə gördükləri işlər və bunun sayəsində əldə olunmuş nailiyyətlər yalnız onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq əməkdaşlıqda get-gedə daha böyük rol oynayacaqdır”.

 

 

Yusif BABANLI,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında