Azərbaycanın ərazi bütövlüyünün təmin olunması İran İslam Respublikası üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması İran İslam Respublikası üçün böyük əhəmiyyət kəsb edir və rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır.
Bu sözləri ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin İran -Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Seyid Kazım Musəvi aprelin 26-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə demişdir.
Milli Məclisin sədri Oqtay Əsədov İran parlament nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirmiş, qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafında mühüm rol oynadığını bildirmişdir. O.Əsədov münasibətlərimizin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, dövlət başçılarının səfərləri zamanı 90-dan çox sənəd imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın möhkəmlənməsi və daha da inkişafı üçün hüquqi baza yaratmışdır.
Münasibətlərimizin genişlənməsində parlamentlərin də rolundan danışan O.Əsədov, bu ilin fevralında İrana səfərini xatırlatmış və səfər çərçivəsində keçirdiyi görüşlərin, apardığı danışıqların əhəmiyyətini qeyd etmişdir.
Milli Məclisin sədri bildirmişdir ki, Azərbaycan İranla əməkdaşlıqda maraqlıdır və rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərini qiymətləndirir. O.Əsədov İranın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlıq etmişdir.
Seyid Kazım Musəvi göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, İran İslam Şurası Məclisinin sədri ƏIi Laricaninin salamlarını Oqtay Əsədova çatdırmışdır. Qonaq demişdir ki, İran Azərbaycan ilə siyasi, iqtisadi, humanitar, mədəni, elm və təhsil sahələrində əlaqələrin inkişafında maraqlıdır. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir, regiondakı problemlərin sülh yolu ilə həllinə tərəfdardır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-İran parlamentlərarası işçi qrupun rəhbəri Eldar İbrahimov, İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami və digər rəsmi şəxslər iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında