“Freedom House”un Azərbaycan haqqında qərəzli hesabatları bu təşkilatın riyakarlığına dəlalət edir

Son illər dünyada baş verən xoşagəlməz hadisələr fonunda, gərginliyin, iqtisadi böhranın artdığı bir vaxtda Azərbaycanın bütün sahələr üzrə inkişafı, xüsusilə də, sabitliyin qorunub saxlanması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi, həmçinin azad sözün, müstəqil mətbuatın sərbəst fəaliyyəti istiqamətində qətiyyətli addımlar atması antiazərbaycan qüvvələri yenə də təlaşlandırıb. Onlar ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmaq üçün yenə də yalan, böhtan və qarayaxma “maşınlarını” işə salıblar.

Müstəqillik yolunda 26 illik təcrübəsi olan Azərbaycanın Avropanın və dünyanın bəzi  ölkələrini bir sıra sahələrdə geridə qoyması, respublikamızın mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilməsi bu inkişafı gözügötürməyənləri, deyəsən, qorxuya salıb. Antiazərbaycan qüvvələr muzdlu beynəlxalq təşkilatları yenə də ortaya atıblar. Həmişə olduğu kimi, bu dəfə də “Freedom House” təşkilatından bir vasitə kimi istifadə edirlər.

Bugünlərdə “Dünyada Azadlıq – 2017” adlı hesabat yayan  “Freedom House” təşkilatı yenə də kimlərinsə əlində oyuncaq olduğunu təsdiqlədi. Hesabatda, guya 195 ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqları qiymətləndirilib. Bu ölkələrin 87-si azad, 59-u qismən azad, 49-u azad olmayan ölkə hesab olunub. Azərbaycan yenə də “azad olmayanlar”ın, həm də son 10 ildə geriləyən ölkələrin sırasındadır.

Sən demə, ölkəmizdə referendum keçirilməsi və əhalinin böyük əksəriyyətinin bu referendumda mütəşəkkil iştirakı bu təşkilatı həyəcanlandırıbmış. Görünür, bu oyuncaq  təşkilat son illər ölkəmizdə keçirilən bütün  seçkilərin şəffalığına, azad və ədalətli omasına, obyektivliyinə görə, əksər beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilməsindən xəbərsizdir. Yəqin ki, xəbərsiz deyil və bu uğurları görməmək qurumun siyasi korluğu və riyakarlığıdır. Referendumda seçicilərin 90 faizinin dəyişikliklərə səs verməsi təşkilatı bərk qıcıqlandırıb. Belə olmasaydı,   hesabatın “Referendumlar və demokratik zəiflik” bölməsində Azərbaycanda ötən il keçirilən referenduma qərəzli münasibət bildirməzdi.

Zaman-zaman bu təşkilatın Azərbaycan haqqında yalan və böhtanla dolu hesabatlar hazırlaması hər birimizə bəllidir. Əslində, bu qurumu  beynəlxalq təşkilat adlandırmaq düzgün olmazdı. Çünki  “Freedom House”  xarici ölkənin qeyri-hökumət təşkilatıdır. Ona görə də bu təşkilat tərəfindən ölkəmiz haqqında yayılan hesabatın heç bir əsası yoxdur. Ən başlıcası, ona görə ki, bu gün dünyanın əksər inkişaf etmiş dövlətləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın MDB ölkələri ilə müqayisədə sürətlə inkişaf etdiyini, demokratik prinsiplərə sadiqliyini yüksək dəyərləndirdiyi bir vaxtda, “Freedom House”  öz hesabatında Azərbaycanı “qeyri-azad” ölkələr sırasına daxil edib. Bu təşkilat belə yalan və böhtanla siyasi riyakarlığını və möhtəkirliyini bir daha təsdiqləyir. Azərbaycan həqiqətlərini təhrif edən, bəzi Qərb dairələrinin ikili standartlar oyununun fiquru olduğunu dəfələrlə təsdiqləyən bu əldəqayırma qurum növbəti hesabatı ilə siyasi riyakarlığa “sadiqliyini” yenidən nümayiş etdirdi.

Dünyanın müəyyən qüvvələri tərəfindən region dövlətlərinə qarşı təcavüz aləti kimi istifadə olunan, insanları amansızcasına qətlə yetirən, öz ölkəsində dinc aksiya iştirakçılarına divan tutan, onları gülləbaran edən işğalçı Ermənistanı “qismən azad” ölkələr sırasına qatmaqla “Freedom House”, əslində, kimlərinsə sifarişini yerinə yetirdiyini təsdiqləyir. Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə təxribat törətməklə azyaşlı uşaqları, dinc əhalini qətlə yetirməsinə münasibət bildirməyən bu oyuncaq təşkilat, guya  Azərbaycanda vətəndaşların hüquqlarının qorunması ilə maraqlanır. Əslində, əsas məqsəd Azərbaycanı demokratiya yolundan kənarda qoymaq, bütün vasitələrlə inkişafa mane olmaq  və digər dövlətlərin təsiri altına salmaqdır. Bu təşkilatın özəl mənbələrdən, xüsusilə də erməni lobbisi tərəfindən  maliyyələşdirilməsi barəsində yayılan məlumatlar da təsdiqləyir ki, “Freedom House” muzdla fəaliyyət göstərən təşkilatdır. Qurumun ölkəmizə qarşı mövqeyi Azərbaycana düşmən mövqeyindən yanaşan bəzi ermənipərəst Avropa deputatlarının ittihamlarından heç nə ilə  fərqlənmir. Onlar Azərbaycanda insan haqlarının deyil, öz siyasi və iqtisadi maraqlarının keşiyində durmaqda davam edirlər.

Təəssüf edirik ki, respublikamızda insan haqları ilə bağlı, demokratik təsisatların formalaşması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, həbs yerlərinin beynəlxalq standart və normalara uyğunlaşdırılması sahəsində son illər çox ciddi irəliləyişlərin  əldə edilməsini “Freedom House” təşkilatının rəhbərliyi hələ də görməzliyə vurur. Azərbaycanda 66 əfv sərəncamının, xeyli amnistiya aktının imzalanması və bu sənədlərlə on minlərlə insanın azadlığa qovuşması ölkəmizin insan hüquq və azadlıqlarının müdafiəsində dünyaya nümunə olmasının göstəricisidir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında