Avropa Parlamenti Avratlantik strukturlara inteqrasiyada Azərbaycana hər cür kömək göstərmək niyyətindədir

Fevralın 10-da Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin üzvləri İvo Vayql və Pino Arlaççi ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Oqtay Əsədov demişdir ki, Azərbaycan Avropa İttifaqı və onun strukturları ilə əlaqələrin genişlənməsinə böyük maraq göstərir. Avratlantik məkana inteqrasiya Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdəndir və bu sahə müstəqil Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, bu cür görüşlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.
Belə bir fikir vurğulanmışdır ki, ilk dövrdə Avropa İttifaqının Azərbaycana yardımı şəklində olan əlaqələrimiz bu gün ikitərəfli, qarşılıqlı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. 2006-cı ildə ölkəmizlə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi haqqında memorandum imzalanmışdır. Qurumun yüksək rütbəli nümayəndələri Azərbaycana tez-tez səfər edirdilər. Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun ölkəmizə səfəri zamanı tərəflərin maraqlarına cavab verən iki mühüm sənəd imzalanmışdır.
O.Əsədov Avropa Parlamentində bölgədə gedən proseslərə böyük maraq göstərildiyini müsbət hal kimi dəyərləndirmiş, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qurumda qəbul olunmuş qətnaməyə görə qonaqlara minnətdarlıq etmişdir. O, gələcəkdə də Avropa İttifaqı və Avropa Parlamentinin bu məsələyə obyektiv mövqedən həssaslıqla yanaşacaqlarına ümidvar olduğunu vurğulamışdır.
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əlaqələrimizin yüksələn xətlə inkişafını diqqətə çatdıran sədr qeyd etmişdir ki, "Avronest"in yaradılması istiqamətində də təqdirəlayiq işlər görülmüşdür. O.Əsədov əməkdaşlığımızın böyük perspektivləri olduğunu bildirmişdir.
Qonaqlar Azərbaycanda müşahidə etdikləri inkişafdan məmnun olduqlarını bildirmişlər. Qeyd edilmişdir ki, Avropa Parlamenti Qafqazın bu bölgəsinə böyük maraq göstərir və bölgədə gedən prosesləri diqqətlə izləyir. Qurum gələcəkdə də ölkəmizlə əməkdaşlığı davam etdirmək, Avratlantik strukturlara inteqrasiya sahəsində Azərbaycana hər cür kömək göstərmək niyyətindədir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Elxan Süleymanov və digər rəsmi şəxslər iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında