Naxçıvan Ali Məclisində Niderland Krallığının səfiri ilə görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Jan Lukas İnayat Van Hoornla görüşmüşdür.
Ali Məclisin sədri ötən əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığın prioritet istiqamətlərdən olduğunu, Azərbaycanın Niderland Krallığında 2005-ci ildə, Niderland Krallığının isə Azərbaycandakı səfirliyinin 2009-cu ilin oktyabr ayında fəaliyyətə başladığını bildirmişdir.
Azərbaycanın tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının da Niderland Krallığı ilə əlaqələr qurmasında maraqlı olduğunu vurğulayan Ali Məclisin sədri qonağa muxtar respublikanın tarixi, mövcud statusu, idarəetmə quruluşu, iqtisadiyyatı, elm və təhsil sahələri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Naxçıvan həm kənd təsərrüfatı, həm də sənaye diyarıdır. Daxili bazar 224 adda kənd təsərrüfatı və sənaye məhsulu ilə tam təchiz edilir. Tələbatdan artıq məhsul xarici ölkələrə ixrac olunur. Bununla yanaşı, istehsal olunan məhsulların ixracında müəyyən problemlər var. Muxtar respublika artıq 20 ilə yaxındır ki, Ermənistan tərəfindən blokadada saxlanılır. 403 minə yaxın əhalinin Azərbaycanın digər regionları ilə əlaqəsi əsasən hava yolu və İran, Türkiyə ərazisindən nəqliyyat vasitəsilə həyata keçirilir. Blokadanın doğurduğu çətinliklərə baxmayaraq, Azərbaycanın bu qədim diyarı inkişaf edir, möhkəmlənir. Avropa dəyərlərinə hörmətlə yanaşılır. Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsi Avropa Şurasının Venesiya Komissiyasında xüsusi rəy almışdır. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olduqdan sonra onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində təmsil olunur. Seçkilər demokratik prinsiplər əsasında keçirilir. Avropa Şurası və ATƏT-in nümayəndələri müşahidəçi qismində seçkilərə qatılır, hər il Naxçıvana səfərlər edirlər.
V.Talıbov Niderland Krallığı ilə təhsil sahəsində əməkdaşlığın hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulamış, ölkəmizdə ilk tanışlıq səfərini Naxçıvan Muxtar Respublikasına edən səfirə diplomatik missiyasında uğurlar arzulamışdır.
Niderland Krallığının səfiri səmimi görüşə görə minnətdarlıq etmiş, Azərbaycandakı diplomatik missiyası dövründə təmsil etdiyi ölkənin Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişafına səy göstərəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında