Litva Seymi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qətnamə qəbul edəcəkdir

Litva Seymi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qətnamə layihəsi hazırlamışdır. Qətnamə Seymin yaz sessiyasının mart ayında keçiriləcək iclasında müzakirə olunacaqdır.
Bunu Azərbaycanda rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtiene fevralın 8-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə bildirmişdir.
İrena Dequtiene demişdir: "Biz sizin problemlərinizi yaxşı başa düşürük. 1990-cı ildə, demək olar ki, eyni taleyi yaşamışıq. Mən bir daha bəyan edirəm ki, Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Seymin qış sessiyasında Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunmuş və qətnamə layihəsi parlamentimizin yaz sessiyasının gündəliyinə daxil edilmişdir. Mart ayında biz bu məsələni müzakirə edərək müvafiq münasibət bildirəcəyik".

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında