Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir

Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvləri Natali Qule və Andre Vilin başçılıq etdikləri nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunmuşdur. Nazir Elmar Məmmədyarov bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir.
Senator N.Qule Azərbaycana səfərindən məmnunluğunu bildirərək, ölkədə sürətli iqtisadi inkişafın şahidi olduğunu demişdir. Fransalı senator iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. N.Qule Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransanın rəsmi mövqeyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarət olduğunu vurğulamışdır.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər arasında aparılan danışıqlar prosesi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında