Azərbaycanın xarici işlər naziri Münhendə ikitərəfli görüşlər keçirmişdir

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Münhen şəhərində keçirilən 47-ci Təhlükəsizlik Konfransında iştirak edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 5-də Elmar Məmmədyarov konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Serbiyanın xarici işlər naziri Vuk Yeremiç, Avstraliyanın xarici işlər naziri Kevin Radd, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında