Azərbaycan xarici işlər naziri Münhendə ABŞ-ın Dövlət katibi ilə görüşmüşdür

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət katibi Hillari Klintonla görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini ətraflı müzakirə etmişlər. E.Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarının diqqətinə çatdırmış, öz növbəsində xanım Klinton məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını demişdir.
H.Klinton Əfqanıstanda terror əleyhinə əməliyyatlarda töhfəsinə görə Azərbaycan tərəfinə bir daha ABŞ-ın minnətdarlığını çatdırmışdır. Görüşdə ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında