Suraxanıda YAP-ın 25-ci ildönümü münasibətilə silsilə tədbirlər

Suraxanı rayonunun idarə və müəssisələrində ümummilli lider Heydər Əliyevin yaratdığı  Yeni Azərbaycan Partiyasının (YAP)  25-ci ildönümünə həsr olunan silsilə tədbirlər, “dəyirmi masa”lar təşkil olunur.

YAP Qadınlar Şurasının və YAP rayon təşkilatının birgə təşəbbüsü ilə “Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu”,  Suraxanı Rayon İcra Hakimiyyətinin və  YAP rayon təşkilatının təşəbbüsü ilə “Xalq və dövlətçilik uğrunda-25 il” mövzularında tədbirlərdə ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

YAP-ın yarandığı gün-noyabr ayının 21-də isə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın üzvləri, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, 300-dən çox rayon ziyalısı, habelə ictimaiyyət nümayəndələri  Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, YAP-ın yaradıcısı  Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə güllər düzülüb.

V. BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında