Rusiya Federasiyası Dövlət Dumasında MDB ölkələri parlament aparatları rəhbərlərinin görüşü olmuşdur

Rusiya Federasiyası Dövlət Duması Aparatının rəhbəri Aleksey Siqutkin Dövlət Dumasında MDB üzvü olan dövlətlərin parlament aparatlarının rəhbərləri ilə görüşmüşdür. Görüş iştirakçıları arasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də vardı.
A.Siqutkin görüşü açaraq Dövlət Duması Aparatının regional parlamentlərin aparatları ilə əməkdaşlığının xüsusiyyətləri barədə məlumat vermişdir. Onun sözlərinə görə, son illərdə Federasiya subyektlərinin qanunverici məclisləri ilə qarşılıqlı əlaqələrin yeni istiqamətləri aşkar edilmişdir. A.Siqutkin xüsusi vurğulamışdır ki, regional parlamentlərlə müxtəlif mövzular üzrə birgə seminarlar keçirilməsi, Dövlət Duması Aparatının rəhbərinin Məşvərət Şurası və Qanunvericilər Assambleyası çərçivəsində görülən işlər, plenar iclasların İnternetə translyasiya edilməsi qarşılıqlı fəaliyyətin formalarından biridir. Dövlət Duması Aparatının rəhbəri qeyd etmişdir ki, "Qanunyaratma" ("Zakonotvorçestvo") dövlət avtomatlaşdırılmış sistemi bu əməkdaşlığa xeyli kömək edəcəkdir. Həmin sistemin köməyi ilə qanunvericilik prosesində elektron sənəd dövriyyəsinə keçmək nəzərdə tutulur.
MDB üzvü olan dövlətlərin parlament aparatlarının rəhbərləri bu görüşdə Dövlət Dumasının ən yeni tarixi ilə tanış olmuş, plenar iclaslar zalına baxmışlar. Elə həmin gün Birlik üzvü olan ölkələrin nümayəndə heyətləri Rusiya Hesablama Palatasında da görüşlər keçirmişlər.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında