AŞPA-da Xocalı soyqırımının ildönümü ilə bağlı yazılı bəyannamə qəbul edilmişdir

Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın XX əsrin ən qanlı faciəsinin - Xocalı soyqırımının ildönümü ilə əlaqədar hazırladığı və Assambleyadakı müxtəlif ölkələrdən olan 25-dən artıq deputatın imzaladığı bəyannamə AŞPA tərəfindən 469 sayı altında qəbul edilmişdir.
Bəyannamədə deyilir: "Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, faciəli səhifələrindən biridir. Bu dəhşətli və amansız soyqırımı bəşəriyyətin tanıdığı ağlasığmaz terror aktlarından biridir. 19 il bundan əvvəl - 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Azərbaycanın Xocalı şəhərinə hücum etmiş və yüzlərlə günahsız insanı etnik mənsubiyyətinə görə vəhşiliklə qətlə yetirərək soyqırımı törətmişlər. Soyqırımı zamanı 613 insan - 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı şəxs amansızlıqla qətlə yetirilmiş, təxminən 1000-ə yaxın mülki vətəndaş əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirmişdir. 1275 nəfər əsir alınmışdır. 120 insan barəsində isə bu günədək məlumat yoxdur. Bu hadisələr nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilmişdir. Yuxarıda sadalanan faktlar yalnız Azərbaycana deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş bu cinayətlə bağlı ədalətli siyasi və hüquqi qiymətin verilməsini tələb edir".
AŞPA-nın 469 saylı bəyannaməsi ingilis və fransız dillərində qurumda yayılmaqla yanaşı, Assambleyanın sessiyasında da elan edilmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-nın qış sessiyasında Xocalı soyqırımı məsələsini bir daha qaldırmış, avropalı deputatlara bu barədə ətraflı məlumat vermiş, Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı kitablarda verilmiş fotoları əyani şəkildə nümayiş etdirmişlər.
Azərbaycanlı deputatlar Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın insanlığa qarşı böyük bir cinayət kimi tanınmasına və bu vəhşiliyi törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün AŞPA-nın səylərinin gücləndirilməsinin vacibliyini vurğulamışlar.{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında