Azərbaycan həyata keçirdiyi düzgün xarici siyasət sayəsində regionun aparıcı dövlətinə çevrilmişdir

Azərbaycan həyata keçirdiyi düzgün xarici siyasət sayəsində regionun aparıcı dövlətinə çevrilmişdir. Bu fikri Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Parisdə xarici mətbuat mərkəzində yerli və xarici jurnalistlərlə keçirdiyi mətbuat konfransında səsləndirmişdir.
Mətbuat konfransında "Azərbaycanın xarici siyasəti: çağırışlar və imkanlar" mövzusunda çıxış etmiş səfir ölkəmizin yenidən müstəqillik əldə etdikdən sonra mövcud regional vəziyyəti diqqətə çatdırmış və xarici siyasətin formalaşmasına təsir edən amilləri sadalamış, bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərə, onun həlli istiqamətində atılan addımlara toxunmuşdur. Azərbaycanın həyata keçirdiyi xarici siyasət sayəsində Cənubi Qafqaz regionunda aparıcı dövlətə çevrildiyini vurğulamış səfir etibarlı tərəfdaş imicini formalaşdıran respublikamızın müstəqil və digər dövlətlərlə bərabərhüquqlu əsasda əməkdaşlıq etdiyini vurğulamışdır. E.Əmirbəyov bölgədə ölkəmizin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ərzurum kimi çox mühüm neft və qaz layihələrinin həyata keçirildiyini bildirmişdir.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərinin ərazi bütövlüyünün təmin edilməsi, hüquqi dövlət quruculuğunun və demokratiyanın inkişafı olmasını diqqətə çatdırmış səfir qonşu dövlətlərlə xoş münasibətlərə əsaslanan siyasət yürütməsindən bəhs etmişdir. Azərbaycanın Rusiya, İran, Türkiyə, Gürcüstan, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətlərinin sağlam bünövrəyə əsaslandığını, eyni zamanda, Avropa ölkələri və Avratlantik strukturlarla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayan Elçin Əmirbəyov, ölkəmizin Avropa İttifaqının "Yaxın qonşuluq siyasəti" və "Şərq tərəfdaşlığı" proqramları çərçivəsində əməkdaşlıq etdiyini bildirmişdir. Səfir Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri olduğunu, Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirakını qeyd etmişdir.
Yerli və xarici jurnalistlərin, Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, diasporumuzun təmsilçilərinin iştirak etdiyi mətbuat konfransında Elçin Əmirbəyov regionda baş verən proseslər, Azərbaycanın qonşu ölkələrlə əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqların vəziyyəti, Fransa-Azərbaycan əlaqələrinin inkişafı və digər məsələlər barədə jurnalistlərin suallarına cavab vermişdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında