Azərbaycanlı dilçi alimin ermənilərin saxta “Mesrop əlifbası” mifini darmadağın edən kitabı çapdan çıxıb

Tanınmış filoloq, tarixçi, ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri – “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, müəllifin “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfiya) mifoloji və filoloji tarixidir” seriyasından olan bu əsəri Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının protokoluna əsasən, “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Nəşrin redaktoru Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Qəzənfər Kazımov və İsmayıl Kazımovdur.

Ə.Tağıoğlu kitabda çağdaş erməni tarixçilərinin və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadığı halda, yunandilli keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi qələmə verdiklərini bildirir. Nəşrdə dünyanın görkəmli dilçi alimlərinin gəldikləri son nəticəni ümumiləşdirən müəllif yazır ki, tarixdə “Mesrop Maştos” adında əlifba ixtiraçısı, ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası” və “erməni yazısı” olmayıb. Müəllif tarixi maddi sübutlar əsasında belə bir nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır. Avropalı erməni dilçi alim R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir. Fikrinin təsdiqi üçün yaxın tarixi hadisəni xatırladan Əjdər Tağıoğlu bildirir ki, “erməni yazısı”nın qədim mənşəyini gizlətmək məqsədilə yerli əhalinin gözləri qarşısında Eçmiədzin kilsəsinin təşkil etdiyi qaragüruhçu dəstənin Oğuz türklərinin memar xəttatları tərəfindən atəşgahların kitabələrində müqəddəs “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni yazısı”na daha sonralar təkmilləşdirilmiş formada yaranmış bəzi yeni fonetik fərqləri – erməni boğaz səslərini süni şəkildə əlavə etməkdən ibarət idi. Ermənilər eyni təxribatı “Van" gölü ətrafında Maday-türk imperiyasının Əhəməni - pers dövrünə aid tapılmış “Avesta” daş yazılarının mətnlərində də aparıblar. Bütün bunlara baxmayaraq, çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmayıb.

Yunandilli Kilikiya erməni kilsəsi də bu tarixi faciəmizdən riyakarcasına faydalanaraq, fürsəti əldən vermədən, istifadə etdiyi “Avesta yazısı”nı “erməni yazısı” kimi tarixiləşdirmişdi”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında