AŞPA-da azərbaycanlı deputatın məruzəsi ilə bağlı ilk dinləmələr keçirilmişdir

Avropa Şurasının üzv ölkəyə və həmin dövləti təmsil edən deputatlara etimadının ən bariz ifadəsi hər hansı bir problem üzrə Parlament Assambleyası tərəfindən məruzəçi təyin edilməsidir. Bu mənada Azərbaycan nümayəndə heyəti seçilənlər sırasındadır.
Azərbaycanlı deputatların bilik və bacarıqlarına inanan Avropa Şurasının Parlament Assambleyası (AŞPA) ölkəmizin nümayəndələri üçün belə imkanı 2001-ci ildən başlayaraq ardıcıl şəkildə yaratmaqdadır. Deputat Rafael Hüseynov bu mənada daha artıq fərqlənir. O, indiyədək Ümumavropa əhəmiyyətli 5 məsələ üzrə məruzəçi təyin edilmiş və hazırladığı hesabatlar hər dəfə yüksək qiymətləndirilmişdir. Ötən sessiyanın sonlarında R.Hüseynova daha 2 məruzəni hazırlamaq tapşırılmışdır.
Həmin məruzələrdən biri AŞPA-nın Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər, digəri isə Mədəniyyət, elm, təhsil komitəsi tərəfindən müəyyənləşdirilmişdir. Birinci məruzə ölkəmiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən "Hərbi münaqişələr və ətraf mühit" mövzusundadır. İkinci məruzə isə "Avropa ali təhsil məkanının bütün ölkələrə doğru genişləndirilməsi" adlanır.
Azərbaycan nümayəndə heyətinin ölkəmizdə keçirilmiş axırıncı parlament seçkilərindən sonra yeni tərkibdə ilk dəfə iştirak etdiyi AŞPA-nın qış sessiyasında R.Hüseynovun yeni məruzəsi ilə bağlı ilk dinləmələr keçirilmişdir.
Deputatımız bu məruzənin əhəmiyyəti ilə əlaqədar demişdir: "Bu gün dünya təhsil sistemində getdikcə daha artıq yer alan Bolonya prosesi Azərbaycanın Avropa Şurasındakı fəaliyyət dövrü ilə yaşıddır. Hər ikisinin 10 ili tamam olmuşdur.
2010-cu ilin martında Macarıctanda Bolonya prosesinin 10 illiyinə həsr edilmiş konfransda qərara alınmışdır ki, bu təhsil modeli Avropa Ali Təhsil Məkanı (AATM) adlandırılsın. Artıq bu prosesə qoşulan ölkələrin sayı 47-yə çatmışdır. AATM-ə, adətən, 2 ölkə həmsədrlik edir və 2011-ci ilin yayından etibarən Azərbaycan həmsədrlərdən biri olacaqdır. Təqdim etməli olduğumuz məruzənin əsas hədəfi yeni təhsil sisteminə üzv ölkələrin nə dərəcədə müvəffəqiyyətlə uyğunlaşdığını araşdırmaq, mövcud problemləri öyrənmək və prosesə qoşulan dövlətlərin sayını artırmaq, yeni ölkələri bu şəbəkəyə çətinliklər yaşamadan qatmaq üçün zəruri hazırlaşma modellərini müəyyənləşdirməkdir. İndiki halda əlamətdar cəhətlərdən biri də budur ki, Avropa və dünya təhsilində tərəqqini təmin edəcək modelləri Azərbaycan təklif edir. Şübhəsiz ki, bu, bizə göstərilən böyük diqqətin və gücümüzə inamın ifadəsidir".
Fevralın 18-də Mədəniyyət, elm, təhsil komitəsinin Parisdə keçiriləcək toplantısında R.Hüseynov məruzə üzərində apardığı araşdırmalar haqqında ilk təqdimatını edəcəkdir. Eyni zamanda, komitədə bu məruzə ilə bağlı geniş ekspertlər qrupunun iştirakı ilə təşkil ediləcək kollokviumun bu ilin payızında Bakıda keçirilməsinin mümkünlüyü məsələsi müzakirə edilməkdədir.{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında