Heç kəs Azərbaycanın sərhədlərini zorakı yolla dəyişə bilməyəcəkdir

Heç kəs Azərbaycanın sərhədlərini zorakı yolla dəyişə bilməyəcəkdir.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu sözləri Küveytdə çıxan "Alrai" qəzetinə müsahibəsində söyləmişdir.
Ölkəmizin xarici siyasət idarəsinin rəhbəri qeyd etmişdir ki, rəsmi Bakı Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməsi haqqında danışıqlar aparmağa hazırdır.
O demişdir: "Azərbaycanın bu mövqeyi beynəlxalq birlik tərəfindən dəstəklənir və heç kəs Azərbaycanın sərhədlərini zorakı yolla dəyişə bilməyəcəkdir".
E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin Dağlıq Qarabağa dair qətnamələrinin yerinə yetirilməməsi ilə əlaqədar təəssüfləndiyini bildirmişdir.
Nazir demişdir: "Azərbaycan ərazisinin 20 faizi işğal altında, 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Bütün beynəlxalq təşkilatlar və böyük dövlətlər Azərbaycan ərazilərinin azad edilməsi üçün hər cür səy göstərir. Biz işğal edilmiş ərazilərin qaytarılacağına inanırıq və ümid edirik ki, bunu diplomatik yolla etmək mümkün olacaqdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında