Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə avqustun 8-də ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan – Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən Baş nazir ölkəmizin regionun tərəqqisindəki rolunu diqqətə çatdırıb. Artur Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib. Türkmənistan dövlətinin başçısı neft və qaz istehsalçısı və ixracatçısı olan Azərbaycanın bu sahədəki fəaliyyətinə toxunub, ölkəmizin bununla bağlı liderliyinin əhəmiyyətini qeyd edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusunun həlli yolları, geosiyasi və geoiqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında