Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri geniş müzakirə olunmuşdur

Yanvarın 19-da xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşmüşdür.
Görüşdən sonra nazirlər müzakirə olunan məsələlərlə bağlı jurnalistlərə məlumat vermişlər.
E.Məmmədyarov bildirmişdir ki, görüşdə ölkələrimiz arasında münasibətlərə dair ötən ilin nəticələri qiymətləndirilərək 2011-ci il üçün perspektiv planlar müzakirə edilmişdir. Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı və regionda enerji layihələrinin həyata keçirilməsində uğurlu əməkdaşlığın aparıldığı vurğulanmışdır. Bununla yanaşı, hər iki ölkənin beynəlxalq təşkilatlarda bir sıra qarşılıqlı maraq doğuran məsələlərlə bağlı birgə mövqedən çıxış etməsi, xüsusilə də Avropa İttifaqı ilə müştərək layihələrin həyata keçirilməsi məsələlərinin mümkünlüyü müzakirə olunmuşdur.
Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, regional layihələrin regionun inkişafına yönəldiyini vurğulamışlar.
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri ölkələrimizin üzləşdikləri ərazi bütövlüyü problemi haqqında danışmış, münaqişələrin həllinə dair danışıqlar prosesinin son vəziyyəti barədə bir-birlərini məlumatlandırmışlar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional, qlobal və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Bakıda olmaqdan məmnunluğunu bildirən Q.Vaşadze azərbaycanlı həmkarı ilə müzakirələrin olduqca səmərəli keçdiyini demişdir.
Gürcüstanlı nazir Azərbaycanın enerji sektorundakı inkişaf proseslərinin ölkəsinin iqtisadiyyatına çox böyük təsir göstərdiyi demişdir. Q.Vaşadze demişdir ki, biz Azərbaycan ilə birgə həyata keçirilən layihələrdən çox razıyıq.
Regiondakı münaqişələri, xüsusilə də Dağlıq Qarabağ problemini müzakirə etdiklərini deyən Q.Vaşadze əlavə etmişdir ki, Gürcüstanda ölkə vətəndaşlarının rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa getməməklə bağlı xüsusi təlimat vardır və buna əməl olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında