Ermənilərin "soyqırımı" iddiaları uydurmadır

Bu fikir aprelin 23-də Trend xəbərlər şirkəti və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə "Uydurma tarixin görünən və görünməyən tərəfləri" mövzusunda keçirilən konfransda səslənmişdir.
Ermənilərin hər il aprelin 24-də qeyd etdikləri "soyqırımı" hadisələrinə həsr olunan tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıç, Milli Məclisin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, tarixçi alimlər qondarma "erməni soyqırımı" hadisələrini ifşa edən faktlardan danışmışlar.
Gövhər Baxşəliyeva 1915-ci il 24 aprel hadisələrinin "soyqırımı" adlandırılmasının əsassız olduğunu söyləmişdir. Aparılan araşdırmalar göstərir ki, əslində heç bir "soyqırımı" olmamışdır. Osmanlı imperiyası Birinci Dünya müharibəsinə qoşulduqdan sonra ölkənin sərhədlərində yaşayan ermənilər Rusiyanın xeyrinə tez-tez qiyamlar qaldırmağa başladılar. Bununla bağlı Osmanlı dövləti 1915-ci il aprelin 24-də erməni inqilab komitələrinin rəhbərlərini kütləvi şəkildə həbsə aldı. Tarixi sənədlərdə göstərilir ki, türk əhalisinə qarşı soyğunçuluq və quldurluğun, habelə, ölkənin müxtəlif yerlərində qiyamların qarşını almaq məqsədi ilə ermənilərin Osmanlı imperiyasının cənub sərhədlərinə köçürülməsi qərara alındı.
Deputat bildirmişdir ki, köçürülən ermənilərin sayı 150 mindən çox deyildi. Hətta arxiv sənədlərində də göstərilir ki, köçürülmə prosesinin mütəşəkkil qaydada təşkil olunması üçün bütün zəruri tədbirlər hazırlanmışdı. Köçürülən ermənilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onları müşayiət edən xüsusi dəstələr də ayrılmışdı. Lakin Türkiyə Birinci Dünya müharibəsi illərində beş cəbhədə mübarizə apardığından köçürmə prosesi lazımi səviyyədə həyata keçməmişdi. Onların bəziləri yol boyu aclıqdan və ya yerli əhali ilə silahlı qarşıdurmalar zamanı qətlə yetirilmişlər. Osmanlı imperiyası günahkar şəxsləri məsuliyyətə cəlb edərək cəzalandırmışdı.
G.Baxşəliyeva demişdir ki, bu hadisələri soyqırımı adlandırmaq cəfəngiyatdır. Əslində ermənilərin qaldırdığı qiyamlar zamanı milyona qədər türk-müsəlman əhalisi qətlə yetirilmişdi.
Türkiyənin ölkəmizdəki səfiri Hülusi Kılıç isə qondarma "erməni soyqırımı" hadisələrinə Azərbaycanın belə həssas yanaşmasından məmnunluğunu ifadə etmişdir. O demişdir ki, Azərbaycanın bu işdə həmrəylik nümayiş etdirməsi Türkiyəni məsələnin ədalətli həllinə daha da ruhlandırır. O, əsl həqiqətlərin təbliğ olunmasında Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin zəruriliyini vurğulamışdır.
Tədbirdə digər çıxış edənlər bildirmişlər ki, uydurma "erməni soyqırımı" hadisələri erməni qriqorian kilsəsi, lobbi təşkilatları və Ermənistan dövləti tərəfindən birgə aparılır. Bu yalanların qarşısını almaq və ermənilərin əsl simasını açıb göstərmək üçün səylərin birləşdirilməsinin zəruriliyi vurğulanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında