Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Putti" İncəsənət Qalereyasında olmuşdur

{nl}

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yanvarın 17-də Riqada "Putti" İncəsənət Qalereyasında olmuşdur.
Mehriban xanıma məlumat verildi ki, 2000-ci ildə təsis olunmuş qalereyanın məqsədi Latviyanın zərgərlik məmulatlarının müasir dizaynının təbliğ edilməsi və beynəlxalq səviyyədə tanıdılmasına dəstək verməkdir. "Putti" Riqada yeganə qalereyadır ki, burada Latviyanın istedadlı incəsənət adamlarının geniş çeşidli zərgərlik işləri nümayiş etdirilir.
Mehriban xanım Əliyeva burada Yeni il və Milad bayramı münasibətilə təşkil edilmiş sərgi, müxtəlif müəlliflərin əl işləri ilə tanış olmuşdur.
Latviya Prezidentinin xanımı Lilita Zatlere qalereya ilə tanışlıq zamanı Mehriban xanım Əliyevanı müşayiət etmişdir.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında