Edvard Çou: Rəsmi Bakının nüvə toplantısına dəvət edilməməsi ABŞ üçün itirilmiş fürsət idi

ABŞ-ın nüfuzlu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi enerji və milli təhlükəsizlik məsələləri üzrə proqramının baş tədqiqatçısı Edvard Çou hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtondakı nüvə zirvə toplantısına dəvət edilməməsi ABŞ tərəfi üçün itirilmiş fürsət idi. O, Obama hakimiyyətinə belə fürsətlərə daha həssas yanaşmağı tövsiyə etmişdir. Mütəxəssisin sözlərinə görə, rəsmi Bakının toplantıda iştirakını Ağ Evin "ağlına salan olmamışdır" - bir ilə yaxın müddət ərzində Bakıdakı ABŞ səfiri yerinin boş olması özünü büruzə verir.
Yeni təsis edilən Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzinin nüfuzlu Corc Vaşinqton Universitetində keçirdiyi müzakirələrdə çıxış edən Edvard Çou Xəzər bölgəsinin geosiyasətini dəyərləndirərkən, Türkiyə-Ermənistan yaxınlaşmasının Türkiyə-Azərbaycan birgə enerji layihələrini geri saldığını vurğulamışdır. O nəzərə çatdırmışdır ki, yalnız bölgədəki münaqişələr həll olunduğu zaman Cənubi Qafqaz və Xəzər bölgəsi Azərbaycan kimi sürətlə inkişaf edib davamlı sabitlik və rifaha nail ola bilər. Öz növbəsində, ABŞ yüksək səviyyəli rəsmilərini regiona tez-tez səfərlərə göndərsə, daha məqsədəuyğun olardı.
Ötən il Azərbaycana səfər edən enerji eksperti ölkəmizin son 17 ildə keçdiyi inkişaf yolundan təəssüratlandığını bildirmişdir. Neft və qaz bu inkişafın yalnız bir hissəsini təmin edə bilmişdir. Enerji sektorunun gəlirlərinin ölkənin qeyri-neft sektoruna bacarıqla yatırılmasının nəticəsi göz qabağındadır. Azərbaycan hökumətinin fərdi şirkətlərin maraqları ilə öz milli maraqları arasında saxladığı müdrik tarazlıq sərmayələrin Azərbaycanda uzunmüddətli qalmasına gətirib çıxarmışdır.
Xəzər bölgəsinin perspektivləri haqqında mülahizələrini bölüşən ekspert, neft istehsalında yaxın illərdə liderliyin Qazaxıstana, qaz istehsalında isə Türkmənistana keçəcəyini düşünür. Azərbaycan isə, neft və qaz istehsalatı ilə yanaşı, yerləşdiyi nadir coğrafi mövqeyinə görə bütün bölgənin istənilən istiqamətdə əsas tranzit nöqtəsinə çevrilməkdədir.
"Xəzər enerjisinin geosiyasəti: perspektivlər və çətinliklər" mövzusunda mühazirəni təskil edən Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi ABŞ paytaxtında təhsil alan azərbaycanlı və digər tələbələrin birgə təşəbbüsü nəticəsində yaranmışdır. Mərkəzin direktoru Əfqan Niftiyevin bildirdiyinə görə, yeni qurum Azərbaycan, Xəzər və Cənubi Qafqaz bölgələri üzrə strateji fikir mübadiləsini təmin edərək, ABŞ-Azərbaycan münasibətləri də daxil olmaqla, müxtəlif sahələr üzrə apardığı əsaslı tədqiqatlarla qabaqcıl "beyin mərkəzi"nə çevrilmək niyyətindədir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında