Polşanın Xarici İşlər Nazirliyi: "Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərə səfər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə kimi qiymətləndiriləcəkdir"

Polşanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq etmişdir.
Xəbərdarlıqda deyilir: "Nəzərinizə çatdırırıq ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Azərbaycan hökumətinin razılığı olmadan işğal edilmiş ərazilərə səfər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə kimi qiymətləndiriləcəkdir".
Xatırladaq ki, keçən il dekabrın 19-da Avropa Parlamentinin üzvü, Polşanın vətəndaşı Tomaş Poreba Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağa Azərbaycanın razılığı olmadan səfər etmişdir. Avropalı parlamentarinin bu addımı Azərbaycanda narazılıqla qarşılanmışdır. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Avropa İttifaqı və Polşa Respublikasına nota təqdim etmişdi.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında