Azərbaycan ilə İndoneziya arasında münasibətlərin inkişafı üçün geniş potensial vardır

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə P.A.Vibovo Azərbaycan ilə İndoneziya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək regionda cərəyan edən proseslərlə maraqlanmışdır.
Nazir E.Məmmədyarov İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə təşəkkürünü bildirmiş və məsələnin həlli ilə əlaqədar aparılan danışıqlar prosesinin cari vəziyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir.
Azərbaycan ilə İndoneziya arasında münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu vurğulayan nazir E.Məmmədyarov, hər iki ölkənin parlamentlərinin bu istiqamətdə fəaliyyətini vacib amil kimi qiymətləndirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında