Xarici İşlər Nazirliyində Ukraynanın Azərbaycandakı səfiri ilə görüş olmuşdur

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də nazir Elmar Məmmədyarov Ukraynanın ölkəmizdəki səfiri Boris Klimçuk ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.
Görüşdə B.Klimçuk Azərbaycanda Ukraynanın səfiri olmasından məmnunluğunu ifadə etmişdir. Səfir Azərbaycanda fəaliyyəti müddətində ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün çalışdığını, xüsusilə də XİN-lə faydalı əməkdaşlıq etdiyini demişdir.
Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan diplomat, fəaliyyətinə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirmişdir.
Nazir E.Məmmədyarov səfir B.Klimçuka xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında