Moskvada MDB Ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir

MDB İcraiyyə Komitəsindən verilən məlumata görə, martın 26-da Moskvada Birliyin üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir.

{nl}

İclasda 20-dək məsələ müzakirə olunacaqdır.

{nl}

Nazirlər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bir sıra sənədlərə münasibətlərini bildirəcəklər. Bundan əlavə, iclasda Qazaxıstanın ATƏT-də sədrliyi, Avropa Təhlükəsizliyi Müqaviləsi layihəsi, MDB çərçivəsində müxtəlif səviyyəli XİN-lərarası məsləhətləşmələrin keçirilməsi, Birliyin İnkişaf Konsepsiyası layihəsinin reallaşdırılması, korrupsiya ilə mübarizədə əməkdaşlıq, üzv ölkələrdə cari ildə keçiriləcək seçkilərdə qurumun müşahidəçilərinin iştirakı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.

{nl}

Şuranın son iclası 2009-cu il oktyabrın 8-də Kişinyovda keçirilmişdir. Həmin iclasda MDB-nin üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri bir sıra problemləri, o cümlədən 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümünün bayram edilməsi məsələsini müzakirə etmişlər. İclasda, ümumiyyətlə 20-dək məsələ, o cümlədən sərhəd təhlükəsizliyinin təmin edilməsi, miqrasiya siyasəti, humanitar sahədə kollektiv qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verməli olan sənədlərin layihələri müzakirə olunmuşdur. 

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında