Mətyu Brayzənin Azərbaycana səfir təyin edilməsi ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından tamamilə normaldır

Prezident Barak Obamanın ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinlərindən biri Mətyu Brayzəni, Senatın dəstəyi olmadan, Azərbaycana səfir təyin etməsi ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından tamamilə normaldır.
Bunu jurnalistlərə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir.
Ə.Əhmədov demişdir: "Bütövlükdə Azərbaycan cəmiyyəti və xalqı üçün ən çox gözlənilən məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə nizama salınmasına ABŞ-ın kömək göstərməsidir. Əsas məsələ ABŞ-ın bu məsələyə müsbət münasibət bildirməsidir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupunun bu günə qədər fəaliyyətinin bizi qane edəcək nəticəsi yoxdur. Münaqişə öz həllini tapmamışdır. Təbii ki, bunun məsuliyyəti müəyyən dərəcədə Minsk qrupunun həmsədr dövlətlərindən biri olan ABŞ-ın üzərinə düşür. Ona görə də hesab edirəm ki, Minsk qrupu məsələyə reaksiya verib lazımi nəticələr çıxarmalıdırlar. Yeni səfirdən gözlədiklərimizdən ən birincisi ABŞ-ın həmsədr dövlətlərdən biri kimi münaqişənin nizama salınmasında daha ciddi rol oynamasına öz töhfəsini verməsidir. Bunu isə zaman göstərəcəkdir".{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında