Milli Məclisin payız sessiyasının sonuncu iclası

Dünən Milli Məclisin payız sessiyasının son iclası keçirildi. İclası açıq elan edən sədr Oqtay Əsədov başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını, deputatları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi. O, həmçinin Oğuz-Qəbələ-Bakı su kəmərinin reallaşdırılmasını Azərbaycanın böyük uğuru hesab etdi və buna görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Gündəliyə çıxarılmış məsələlərin müzakirəsinə başlanmazdan əvvəl deputatlar da Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, bu layihənin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Hələ 2002-ci ildə ümummilli lider Bakı şəhərinin ekoloji cəhətdən saf, təmiz içməli su ilə təmin olunmasının vacibliyini bildirmiş və Oğuz-Qəbələ bölgəsinin yeraltı sularından istifadə ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Çıxış edən deputatlar bildirdilər ki, ulu öndərin siyasi kursunu və ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərini də reallaşdırdı. Bu kəmər vasitəsi ilə paytaxt əhalisinin 75 faizi təmiz, keyfiyyətli su ilə təmin olunacaq. Bütün bunlar Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrətinin nəticəsidir. Artıq Azərbaycan beynəlxalq aləmdə iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanınmaqdadır. Qeyd olundu ki, Oğuz-Qəbələ-Bakı su kəməri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən sonra həyata vəsiqə alan ən iri infrastruktur layihələrdəndir. Azərbaycanın iqtisadi qüdrəti artdıqca qarşıdakı illərdə də belə iri layihələrin reallaşdırılmasına imkan yaranacaq.
Sonra deputatlar daha bir neçə məsələlərə dair fikir və münasibətlərini bildirdilər.
Gündəliyə daxil edilən "Dövlət rüsumu haqqında" Qanuna əlavələr müzakirəyə çıxarıldı. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, əlavəyə əsasən Azərbaycanda qaçqın statusu almış şəxslər "Qaçqın vəsiqəsi" və ya "Yol sənədi"ni almaq üçün 5 manat dövlət rüsumu ödəyəcəklər. Daha sonra "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"yə əlavələr müzakirəyə təqdim olundu. Layihə barədə məlumal verən komitə sədri Əli Hüseynov qeyd etdi ki, əlavədə qadın polis əməkdaşları üçün bəzi imtiyazlar nəzərdə tutulur. Belə ki, qadın polis əməkdaşına hamiləliyə və doğuşa görə ödənişli, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət almaq hüququ verilib.
Hər iki məsələ ətrafında müzakirələr aparıldıqdan sonra qanun layihələri səsə qoyularaq qəbul olundu.
İclasda, həmçinin "Fərdi məlumatlar haqqında" qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər də müzakirə olundu. Bildirildi ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə 300 manatdan 500 manatadək cərimə tətbiq ediləcək.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən Milli Məclisin deputatlarına və hakimlərə öz səlahiyyətlərini yerinə yetirmələri ilə bağlı xərclərin ödənilməsi üçün verilən aylıq pul təminatı və vəzifə maaşlarına aylıq əlavə pul təminatı gəlir vergisindən azad olunub.
Sonra "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Qanuna əlavələr təqdim olundu. Müzakirəyə çıxarılan sənədlər barəsində müvafiq qərar qəbul edildi.
Milli Məclisin iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət qəbul olundu.
Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxudu.
Bununla da, Milli Məclisin 2010-cu ildə sonuncu iclası başa çatdı. Sonda Azərbaycanın dövlət himni səsləndirildi.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında