Bakı Forumu qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan mərkəzə çevrilib

Artıq Azərbaycan bütün dünyada mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınıb. Ölkəmiz son illərdə Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, Dini Liderlərin Zirvə Toplantısına və digər tədbirlərə ev sahibliyi edib. Bununla da dünya ictimaiyyətinin Azərbaycana olan hörməti, etimadı bir daha öz ifadəsini tapıb, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yeri və rolu öz layiqli qiymətini alıb.

Həmin tədbirlərdə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsi, milli və ümumbəşəri dəyərlərin, dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi, bütün bunlarla bağlı qarşılaşılan problemlərin həlli istiqamətində bir sıra məsələlər müzakirə olunub.

Bu baxımdan iki gün davam edən V Qlobal Bakı Forumu da mühüm önəm daşıyır. Forumda 56 ölkədən 300-ə yaxın nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak ediblər.       

V Qlobal Bakı Forumunda Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işi bir daha dünyaya çatdırılıb. Bildirilib ki, sözügedən münaqişə nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğal edilib. Bu təcavüz zamanı minlərlə insan öldürülüb, soyqırımı törədilib, Azərbaycanın tarixini və mədəniyyətini silmək məqsədilə xeyli sayda dəyərli abidə və sənət əsərləri məhv edilib. İşğal faktı BMT Təhlükəsizlik Şurasının, İƏT-in, Qoşulmama Hərəkatının qətnamələrində, həmçinin Avropa Şurasının rəsmi sənədlərində öz əksini tapıb, beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənib. Lakin təəssüf ki, əksər dünya ölkələri bu məsələdə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləsələr də, haqq-ədalət hələ də yerini tapmayıb. Ona görə də dünya ölkələri bu münaqişənin sülh yolu ilə  həllində maraqlı olmalıdırlar. Münaqişənin həlli region üçün çox vacibdir. Dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır.

“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş budəfəki forum çərçivəsində beynəlxalq əlaqələrin gələcəyi, bu əlaqələrin nizama salınmasında zəruri olan ittifaqların qurulması, terrorizmlə mübarizənin yolları, transatlantik münasibətlərin gələcəyi, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidləri məsələləri də müzakirə edilib, qlobal problemlərin həlli yolları barədə təkliflər səsləndirilib.

Müzakirələr göstərdi ki, Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan mərkəzə çevrilib. Ən əsası bu forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda əhəmiyyətli rola malikdir. Bu mənada Azərbaycanın təşəbbüsü ilə ölkəmizi tanıtmaq, onun həqiqətlərini dünyaya çatdırmaq üçün çox əlverişli bir platforma yaradılıb.

Günel SƏFƏROVA,
“Gənc Vətəndaş” Maarifləndirmə
İctimai Birliyinin
 icraçı direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında