"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Avropa Parlamenti deputatının işğal olunmuş ərazilərə qeyri-qanuni səfəri ilə bağlı bəyanat yaymışdır

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın respublikamızın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı bəyanat yaymışdır.
AzərTAc-a daxil olmuş bəyanatda qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunmuşdur. Eyni zamanda, adıçəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həlli öz əksini tapmışdır.
Beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, Dağlıq Qarabağ problemi ilə bağlı qətnamə qəbul etməsinə baxmayaraq, onun üzvü Tomaş Poreba Azərbaycanın ərazi bütövlüyünü pozaraq, razılaşdırılmadan Ermənistandan Dağlıq Qarabağa səfər etmiş və heç bir səlahiyyəti olmadan oradakı separatçı rejimin nümayəndələri ilə görüşlər keçirmişdir.
Sənəddə vurğulanır ki, Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomaş Porebanın respublikamızın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etməsi bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuşdur. Bu hadisə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin iclasında müzakirə olunmuş və qətiyyətlə pislənmişdir.
Bəyanatda daha sonra deyilir: Məlum olduğu kimi, 2010-cu ilin may ayında Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamədə birmənalı şəkildə göstərilir ki, Azərbaycan torpaqları işğal altındadır. Eyni zamanda, sənəddə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasına tərəfdar olduğu öz əksini tapmışdır. Dağlıq Qarabağın azərbaycanlı icması təəssüf hissi ilə bildirir ki, Avropa Parlamentini təmsil edən Tomaş Poreba Dağlıq Qarabağ problemini obyektiv və qərəzsiz öyrənmək, təmsil etdiyi qurumun üzvlərinə çatdırmaq əvəzinə, Azərbaycanın ərazi bütövlüyünü pozaraq Ermənistandan Dağlıq Qarabağa getməsi, eləcə də dünya tərəfindən tanınmayan qondarma bir rejimin nümayəndələri ilə görüşlər keçirməsi bu təşkilatın prinsiplərinə, eyni zamanda qəbul etdiyi sənədlərə də etinasız yanaşılması deməkdir.
Sənəddə diqqətə çatdırılır ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon işğal olunmuşdur. Neçə illərdir ki, həmin rayonların sakinləri olan azərbaycanlılar, o cümlədən biz - Dağlıq Qarabağ bölgəsinin azərbaycanlıları öz doğma torpaqlarımıza qayıda bilmirik. Bu illər ərzində torpaqlarımız və evlərimiz ermənilər tərəfindən dağıdılmış, talan edilmiş və yandırılmışdır. Biz öz doğma ata-baba yurdlarımıza qayıtmaq istəyirik. Çünki Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlılar həmin bölgənin erməni icması ilə yanaşı, orada yaşamaq hüququna malikdir.
Ancaq işğalın davam etdiyi indiki şəraitdə ayrı-ayrı insanların, bəzən isə beynəlxalq təşkilatların nümayəndələrinin, o cümlədən Avropa Parlamentinin üzvü Tomaş Porebanın işğal olunmuş Dağlıq Qarabağa Azərbaycan dövlətinin icazəsi olmadan səfər etməsi qeyri-qanunidir.
Sənəddə bəyan edilir: "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi bu hadisəyə öz etirazımızı bildirir və bunu təkcə ölkəmizin ərazi bütövlüyünün pozulması deyil, eləcə də beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında