Litvanın xarici işlər naziri: "ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların tempini sürətləndirməlidirlər"

"Dağlıq Qarabağla bağlı çoxlu həyəcan doğuran təhlükəli siqnalların şahidi oluruq və vəziyyət bir neçə səbəbdən narahatlıq yaradır. ATƏT-in Minsk qrupunun həmsədrləri siyasi həll yolu axtarılan danışıqların tempini sürətləndirməlidirlər".
Bu sözləri 2011-ci il yanvarın 1-dən ATƏT-də sədrlik edəcək Litvanın xarici işlər naziri Audronyus Ajubalis qurumun jurnalına müsahibəsində demişdir.
Ölkəsinin ATƏT-də sədrlik edəcəyi dövrdə həlli uzadılmış münaqişələrin nizamlanmasına yanaşmasını açıqlayan A.Ajubalis vurğulamışdır ki, ATƏT-in hər bir sədri bu cür problemlərin həlli yollarını təklif etmək istəyir. Gözlənilir ki, hazırkı sədr daha çevik fəaliyyət göstərəcək, mühüm tərəflərlə məsləhətləşəcək, münaqişəli vəziyyətlərin həlli üçün siyasi, maliyyə və digər alətləri səfərbər edəcəkdir. İstərdim ki, ATƏT Cənubi Qafqazda daha fəal rol oynasın.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında