İran ilə Azərbaycanın iqtisadi əlaqələrinin inkişafı üçün böyük potensial var

İran ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olması iqtisadi əlaqələrin daha da inkişafına zəmin yaradır. İqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin böyük potensialı var.

Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də İrana rəsmi səfərindən danışan B.Qasemi bildirib ki, hər iki ölkənin prezidenti səmimi dostluq əlaqəsi saxlayaraq xalqların dostluq və qardaşlıq şəraitində yaşamasına nail olublar. Səfər çərçivəsində imzalanan sənədlərə toxunan mətbuat katibi qeyd edib ki, dəmir yollarının birləşdirilməsi və maliyyə sahəsində əməkdaşlıq hər iki dövlətin milli maraqlarına xidmət edəcək. İran ilə Azərbaycanın iqtisadi sahədə yaxın əməkdaşlığının nəticəsidir ki, dövlətlər arasındakı ticarət dövriyyəsinin həcmi 70 faiz artıb. Lakin ticarət dövriyyəsini daha da artırmaq mümkündür. Bunun üçün iş adamları da qarşılıqlı investisiya yatırımına diqqət ayırmalıdırlar.

B.Qasemi deyib: “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi son dərəcə önəmli iqtisadi layihədir. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsi və gələcəkdə bu yolun Qəzvin-Rəşt xəttinə birləşdirilməsi hər iki ölkənin idxal-ixrac əməliyyatlarının artmasına səbəb olacaq. Bu yol vasitəsilə yüklərin daşınması ilə bağlı bir çox problemləri həll edəcəyik. Biz Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edə bilərik. Həmçinin bu layihənin Hindistandan Avropaya qədər uzadılması yeni fürsətlərin yaranmasına və iqtisadi-ticarət əlaqələrinin davamlı inkişafına kömək edəcək.

Rabil KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında