Beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq hər iki ölkənin nüfuzunun artmasına xidmət edir

Azərbaycan və İndoneziya parlamentarilərinin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığı hər iki tərəf üçün faydalıdır.
Bu sözlər ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyətinin Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə səslənmişdir.
Komitənin sədri Səməd Seyidov Azərbaycan parlamentinin beynəlxalq əlaqələri, rəhbərlik etdiyi komitənin bu sahədə rolu, ölkəmizin dünyada artan nüfuzu barədə qonaqlara ətraflı mılumat vermişdir. S.Seyidov bu səfərin təkcə parlamentlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlərin genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu vurğulamışdır.
Komitənin üzvləri Qənirə Paşayeva, Gültəkin Hacıbəyli, Asim Mollazadə və başqaları ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən islahatlar, iqtisadi inkişaf, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, bu problemin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə görə, İndoneziya hökumətinə və xalqına minnətdarlıqlarını bildirmişlər. Deputatlarımız bir çox ölkələrin, xüsusən də İslam Konfransı Təşkilatına üzv olan bəzi dövlətlərin hələ də Ermənitanla sıx əməkdaşlıq etməsindən narazılıqlarını ifadə etmişlər.
Pramono Anunq Vibovo rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. O demişdir ki, bu gün ölkələrimiz arasında mehriban dostluq münasibətləri vardır. İndoneziya dost Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Azərbaycanın üzləşdiyi problem, torpaqların işğal olunması, bir milyondan çox insanın 20 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşaması həqiqətən də dözülməzdir. İndoneziya bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır və bu mövqe dəyişməyəcəkdir.
Görüşdə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında