İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Milli Məclisdə Azərbaycan-İndoneziya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşmüşdür.
İşçi qrupunun rəhbəri Bəxtiyar Əliyev Azərbaycanın dövlətçilik tarixi, iqtisadi inkişafı, əldə etdiyi uğurlar, parlamentin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, müstəqilliyinin ilk illərində ölkəmizdə yoxsulluq həddi 70 faiz olduğu halda, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində bu rəqəm 11 faizə enmişdir. Bu gün Azərbaycan regionda lider dövlətdir. Amma Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi bölgənin inkişafına ciddi maneə törədir. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində 250 mindən çox soydaşımız bu ölkədəki ata-baba yurdlarından, 750 mindən çox vətəndaşımız isə Azərbaycan Respublikasının Ermənistanın işğalı altında olan ərazilərindən didərgin düşmüşlər.
Ermənistanın işğal etdiyi ərazilərdə narkotik maddələrin becərilməsi, terrorçu qrupların hazırlanması, eləcə də həmin ərazilərdə nüvə tullantıları və digər radioaktiv tullantıların basdırılması barədə faktlar vardır.
B.Əliyev Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə görə İndoneziya parlamentinə və dövlətinə minnətdarlıq etmişdir.
İndoneziya nümayəndə heyətinin rəhbəri Pramono Anunq Vibovo göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş və demişdir ki, səfərin məqsədi ölkələrimiz arasında əlaqələrin inkişafına, xüsusən də parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
O demişdir ki, 240 milyon əhalisi olan İndoneziya 18 min adanı əhatə edir və ölkə əhalisinin böyük əksəriyyəti İslam dininə sitayiş edir. Əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.
Qonaq onu da bildirmişdir ki, İndoneziya təcavüzdən və etnik separatizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın problemini də yaxşı başa düşür. İndoneziya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Sonra işçi qrupunun üzvləri Asəf Hacıyev, Çingiz Əsədullayev, Nazim Məmmədov, eləcə də qonaqlar ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafı barədə fikirlərini bildirmiş, elm, təhsil, səhiyyə, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulamışlar. Qeyd olunmuşdur ki, deputatların qarşılıqlı səfərləri təkcə parlamentlər arasında deyil, dövlətlərimiz və xalqlarımız arasında da dostluq münasibətlərinin genişlənməsinə töhfə verir.
Görüşdə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev iştirak etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında