Uğurlu siyasətin məntiqi nəticəsi

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb. A.Lapşin Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verilib.

Bu şəxs “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq respublikamızın mühafizə olunan dövlət sərhədini müəyyən edilən sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliği məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn bəyanatlar səsləndirib.

Azərbaycan dövlətinin milli maraqlarına zidd fəaliyyət göstərən A.Lapşinin respublikamıza qanuni şəkildə ekstradisiyasından sonra ermənipərəst dairələr, habelə onların havadarları bu məsələdən siyasi şou düzəltməyə çalışır, Belarus Prezidentini və bu ölkənin hüquq-mühafizə orqanlarını hədəf seçərək uğursuz kampaniyalar aparırlar.

A.Lapşinin ölkəmizə qanuni formada ekstradisiyasından sonra spekulyasiya etməyə çalışan həmin dairələr Azərbaycan-Belarus dostluq munasibətlərinə xələl gətirməyə cəhd göstərirlər. Ancaq həmin antiazərbaycançı qüvvələrin sabun köpüyünə bənzəyən kampaniyaları həmişə olduğu kimi, bu dəfə də fiaskoya uğrayıb. Belarus Prezidenti A. Lukaşenkonun ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşinin Azərbaycana təhvil verilməsi barədə konkret mövqeyi həmin destruktiv dairələrə tutarlı cavabdır: “Bizim onu verməmək üçün hansı əsasımız var? Heç bir. Bütün qanun və qaydalara əsasən onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa da bilərik. Amma bu, düzgün olmayacaq. Bütün razılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik”.

 A. Lapşinin Azərbaycana ekstradisiyası ölkəmizin qanunlarını pozaraq separatçılarla işbirliyi quranlara bir dərsdir. Bu ekstradisiya Prezident İlham Əliyevin prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirdiyini, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə etdiyini bir daha göstərdi. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev milli maraqlarımızı hər şeydən uca tutur.

Bu gün hər bir əcnəbi bilməlidir ki, Azərbaycanın qanunlarını pozanların aqibəti Lapşin kimi olacaq. Onun Azərbaycana ekstradisiyası məsələsinə siyasi don geyindirilməsi cəhdləri isə uğursuzluğa düçar olacaq.

Azər VERDİYEV,
Azərbaycan Slavyan
Gəncləri Assosiasiyası
analitik təhlil mərkəzinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında