Ölkəmizə səfər edən hər bir şəxs qanunlarımıza və dövlətçilik maraqlarımıza hörmətlə yanaşmalıdır

Blogger Aleksandr Lapşinin Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edilməsində qeyri-adi heç nə yoxdur. O, Azərbaycan qanunlarını pozaraq, Dağlıq Qarabağa səfərlər edib, xalqımıza, dövlətimizə qarşı böhtanlar yağdırıb. Aleksandr Lapşin buna görə öz layiqli cəzasını almalıdır.

Amma təzadlı məqam budur ki, Aleksandr Lapşinin ölkəmizə təhvil verilməsindən “narazı qalan” qüvvələr var  və onlar hər vəchlə bu məsələ ətrafında ucuz şou yaratmağa cəhd edirlər. Hətta iş o yerə çatıb ki, onlar cinayətkarın həbsini söz və media azadlığına qarşı basqı və təzyiq kimi qələmə verməyə çalışırlar.

Aleksandr Lapşini müdafiə edənləri normal məntiqlə başa düşmək olmur. Bloggerin səfərlər etdiyi qondarma “Dağlıq Qarabağ Respublikası”, vilayətin ətrafında işğal altında olan digər  rayonlar Azərbaycan dövlətinin ərazisidir. Başqa bir dövlətin, hətta cibində üç ölkənin pasportunu gəzdirən Aleksandr Lapşin kimi saxtakarın rəsmi Bakının icazəsi olmadan oraya səfər etmək hüququ yoxdur. Bu, açıq-aşkar qanun pozuntusudur!

Başqa bir maraqlı cəhət odur ki, özünü sosial media “qəhrəmanı”, blogger, hətta “müstəqil jurnalist” adlandıran Aleksandr Lapşin qəsdən, bilərəkdən işğalçının tərəfində durur. Ona çox yaxşı məlumdur ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın əzəli torpaqları olan Qarabağı işğal ediblər, bu zaman bu ərazilərdə etnik təmizləmə siyasəti aparıblar. Erməni barbarları öz havadarlarının dəstəyi ilə zəbt etdikləri ərazilərdə xalqımızın tarixi mədəniyyət abidələrini yerlə-yeksan ediblər. Azərbaycanın bir milyondan çox əhalisi öz doğma torpağında ağır qaçqın-köçkün taleyi yaşamağa məcbur olub.

Aleksandr Lapşin bütün bunları, azərbaycanlı qaçqın və köçkün ailələrinin üzləşdiyi humanitar fəlakəti niyə görmək istəmir?! Ona görə görmək istəmir ki, ağalarının ondan tələb etdiyi başqa şeydir. Ona  Azərbaycan xalqına, dövlətinə mümkün qədər çox şər və böhtan atmaq tapşırılıb. Aleksandr Lapşin isə müti bir qul sədaqəti ilə öz ağalarının tapşırığını icra edib.

Bloggerin ikiüzlülüyü, riyakarlığı sadəcə sərhəd tanımır. O, “söz, media azadlığı” pərdəsi altında torpaqları təcavüzə məruz qalmış Azərbaycan xalqının heysiyyətinə toxunmağa cəsarət edib. Aleksandr Lapşinin sosial media, azad mətbuat adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Belə ki, o, saxta yazı və şərhləri ilə faktiki olaraq söz, mətbuat azadlığına xəyanət edib.

Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyev bütün dünyada öz xalqını, dövlətini çox sevən, ölkəsini tərəqqi və intibah yoluna çıxarmağı bacaran müdrik və xarizmatik bir lider kimi tanınır. Dövlətimizn rəhbəri çox prinsipial siyasətçidir. Azərbaycan dövlətinin maraqları onun üçün hər şeyin fövqündə durur. Bunu dünyanın ən nüfuzlu siyasətçiləri görür və etiraf edirlər. Sirr deyil ki, Aleksandr Lapşinin Belarusda həbs edilərək Azərbaycana gətirilməsində möhtərəm Prezidentimizin şəxsi nüfuzunun böyük təsiri olub. Lakin bloggerin həbs edilməsinin əsas və yeganə səbəbi onun Azərbaycan və beynəlxalq qanunları kobud şəkildə pozmasıdır.

Qoy Aleksandr Lapşinin arxasında duranlar dərk etsinlər  ki, Azərbaycan dövləti ilə heç vaxt təhdid, ultimativ dillə danışmaq olmaz! Azərbaycan dövləti öz milli maraqlarını qətiyyətlə qorumağa hər zaman qadirdir. Azərbaycan xalqına və dövlətinə şər, böhtan atanlar isə Aleksandr Lapşinin aqibətini yaşayacaqlar.

Məsaim ABDULLAYEV,
 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında