Ermənistanda Lapşinin Azərbaycana ekstradisiyasını rəsmi Yerevanın xarici siyasətində növbəti məğlubiyyət hesab edirlər

Son vaxtlar  Ermənistanda əhalinin Serj Sarkisyan iqtidarına qarşı nifrət hissi daha da güclənib. Blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası isə ermənilər arasında böyük təşviş doğurub, bu, rəsmi Yerevanın xarici siyasətində növbəti məğlubiyyət  hesab edilir.

 Məsələn, “Armenianreport” saytı yazır ki, Lapşinin təhvil verilməsi  Ermənistanın diplomatik uğursuzluğunun daha bir göstəricisidir: “Bakının tələbi ilə blogger Belarusda həbs olundu, sonra Azərbaycan Prezidentinə üzrxahlıq məktubu yazdı. Məktubda Lapşin məsuliyyətsiz hərəkətlərinə görə üzr istəyirdi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi və susdu. Lapşinin Bakıya verilməsi Azərbaycanın daha bir qələbəsi oldu. Bizim xarici işlər naziri Edvard Nalbandyan isə buna görə heç məzəmmət də edilmir. Çünki o, Sarkisyanın yaxın silahdaşıdır və erməni siyasətinin toxunulmaz şəxslərindəndir. Əsas Ermənistan maraqlarının müdafiəsi yox, onun Sarkisyan rejiminə sədaqətidir”.

“İrs” partiyasının təmsilçisi  David Şahnazaryan hesab edir ki, Lapşindən sonra heç kəs Dağlıq Qarabağa baş çəkməyəcək: “Belarus  Lapşini Azərbaycana verdi. Bu, onu göstərir ki, bizim diplomatik təsirimiz Belarus Prezidentini dayandıra bilmədi. Əgər bütün bunlardan sonra Ermənistan tərəfi sərt reaksiya verməyəcəksə, bu, onu göstərəcək ki, Azərbaycan bizi sındırdı. Xaricilər daha Qarabağa gəlməyəcəklər…”.

Yeri gəlmişkən, bir məqamı da qeyd edim. Hazırda ermənilər arasında Lapşinin əməllərini az sayda da olsa,  tənqid edənlər var. Məsələn, Xankəndində yaşayan erməni jurnalist Janna Krikorova bildirir ki, blogger Aleksandr Lapşin Qarabağda hərbi zona hesab olunan ərazilərə getməklə beynəlxalq qaydaları pozub. Halbuki həmin ərazilərə xarici vətəndaşların səfər etmələri, şəkil çəkmələri yasaqdır. Buna görə də Ermənistanın, eləcə də ayrı-ayrı ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən Azərbaycanın müraciəti nəzərə alınaraq,  obyektiv qərar qəbul olunması, bloggerin Azərbaycana ekstradisiyası ədalətli qərardır. 

Erməni politoloqu Sergey Minasyan isə vurğulayır ki, Aleksandr Lapşin məsələsinin Ermənistana aidiyyəti yoxdur, bu, Rusiya və İsrailin işidir: “Lapşinin işi Rusiya və İsrailə aiddir. Məsələyə bunun Ermənistanın deyil, Rusiya və İsrailin işi olması mövqeyindən yanaşmaq daha düzgün olardı. Ümumiyyətlə, Ermənistanın bu işə cəlb edilməsindən qaçmaq lazımdır”.

Sonda qeyd edim ki, Lapşinin ekstradisiyası Ermənistana növbəti ciddi xəbərdarlıqdır və ermənilər artıq anlamalıdırlar ki, işğal siyasəti davam etdikcə Azərbaycandan hələ çox zərbə alacaqlar.

Simuzər ƏLİYEVA,
 filologiya üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında