Qondarma "erməni soyqırımı" haqqında qətnamə layihəsinin ABŞ Konqresinin Nümayəndələr Palatasının plenar iclasında səsverməyə çıxarılması ehtimalı vardır

Qondarma "erməni soyqırımı" haqqında qətnamə layihəsinin ABŞ Konqresinin Nümayəndələr Palatasının dekabrın 22-də keçiriləcək plenar iclasının gündəliyinə salınma ehtimalı var və səsverməyə çıxarılması gözlənilir.
AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu gün ABŞ Konqresi Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan sədri, ermənipərəst Nensi Pelosi qondarma "erməni soyqırımı"nın rəsmi səviyyədə tanınmasını nəzərdə tutan sənədi palatanın rəyasət heyətinin iclasında müzakirəyə çıxarılmasına çalışacaqdır. Bununla bağlı Nensi Pelosi özünə yaxın konqresmenlərlə və partiyanın bütün üzvləri ilə Nümayəndələr Palatasının bu gün keçiriləcək plenar iclasına qatılmaları üçün əlaqə saxlamışdır.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Qibbs Konqresin Nümayəndələr Palatasında səsverməyə çıxarılması gözlənilən qətnamə ilə bağlı Prezident Barak Obamanın mövqeyinin məlum olduğunu bildirərək, Türkiyə və ABŞ arasında münasibətlərin böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
Hazırda həm Türkiyənin ABŞ-dakı səfirliyi, həm də ABŞ-da yaşayan Azərbaycan və türk diaspor təşkilatları qətnamənin qəbuluna qarşı kampaniyaya başlamışdır və bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.
Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan da türk dünyasını dəstəkləyən hər kəsi qətnamə layihəsinin əleyhinə fəaliyyət göstərməyə çağırmışdır. Səfir bu məsələ ilə bağlı Konqres üzvləri ilə əlaqə saxladığını da qeyd etmişdir.
Türk-Amerika Dərnəkləri Assambleyası və Türk-Amerika Dərnəkləri Federasiyası da qətnamənin Nümayəndələr Palatasında müzakirəyə çıxarılmasına qarşı palatanın sədri Nensi Pelosiyə etiraz məktubu göndərmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında