Vüqar Zifəroğlu: Ölkəmizin siyasi iradəsi və qətiyyəti öz bəhrəsini verdi

Məlumdur ki, fevralın 7-də antiazərbaycan dairələrin fəal və təhlükəli nümayəndəsi Aleksandr Lapşin  Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Azərbaycana ekstradisiya edildi.

 Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə dəfələrlə qanunsuz səfərlər edən, erməni separatizmini açıq şəkildə dəstəkləyən, orada yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək antiazərbaycan təbliğat aparan, açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin nəhayət, ölkəmizə ekstradisiya edildi. Bu barədə ekspertlər müxtəlif fikirlər səsləndirirlər. Tanınmış geosiyasi-analitik, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Vüqar Zifəroğlu A. Lapşinin ekstradisiyasına münasibət bildirib:

Aleksandr Lapşinin ekstradisiyası həm ölkəmizdə, həm də dünyada əsas xəbərlərin siyahısına düşüb. Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Azərbaycana təhvil verilən Aleksandr Lapşinin Bakıya gətirilməsi bu gün bütün Cənubi Qafqazda ən vacib xəbərdir.

A. Lapşinin həbsi və Azərbaycana ekstradisiyası birmənalı şəkildə ciddi uğurdur və bir sıra siyasi məqamlarda son dərəcə önəmli hal olaraq qiymətləndirilməlidir.  Bu, bir dövlət olaraq bizim beynəlxalq ictimaiyyətə bir daha Qarabağla bağlı prinsipial mövqeyimizi sərgiləmiş oldu. İşğal altında olan ərazilərimizə istənilən səfər qanunaziddir və dövlətimiz bu məsələdə prinsipial mövqeyini hər zaman ortaya qoyub. BMT və üzv dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınıb və oraya hər hansı səfər yalnız Azərbaycan dövlətinin müsbət rəyi əsasında mümkündür. Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir və cibində hansı ölkənin və ya ölkələrin pasportunu daşımasından asılı olmayaraq, bu həqiqətlə hesablaşmayan, onu qəbul etməyən, Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına hörmətsizlik edən hər kəsin aqibəti bu cür olmalıdır və belə olacağına da şübhəm yoxdur. Unutmaq olmaz ki, bu, həm də hüquqi presedent daşıyacaq. Lapşinin ekstradisiyasında ölkəmizin  siyasi iradəsi və qətiyyəti öz bəhrəsini verdi.

Təqdim etdi:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında